12px13px15px17px
Tarix:04/02/13

"Ağıllı" otel tikiləcək (VİDEO)

İspaniyanın "Serrano Brothers" şirkəti "gələcəyin oteli"ni yaratmağı planlaşdırır. "ICTnews.az" elektron xəbər xidməti "gizmonews.ru" saytına istinadən bildirir ki, konsept "ITH Room Experience" adlandırılıb və o, qabaqcıl texnologiyalarla təchiz edilmiş otel nömrəsidir. Otel nömrəsinin təchiz edildiyi pəncərələr lazım olduqda açılır və bağlanır.

O, həmçinin sensor şəffaf divar ekranları ilə təchiz edilib, onlara "ağıllı" telefon ilə nəzarət etmək və bu divarlarda video, foto və sairə göstərmək mümkündür.

Nömrədə "NFC" funksiyasına malik qurğu, "Microsoft Surface" planşet kompüterləri və sıradan planşetlər, interaktiv döşəmə və güzgü, hətta barmaq izi ilə işləyən ödəmə sistemi mövcuddur. "Gələcəyin oteli"nin təqdimatı Madrid şəhərində keçirilmiş "Fiturtech" sərgisində baş tutub. Daha ətraflı aşağıdakı videoda:


Emil Hüseynov



Baxış sayı: 1284

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024