Tarix:05/02/13
"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, "Google" şirkəti "Android" platforması ilə işləyəcək "X Phone" kod adlı "ağıllı" telefonun lazımi möhkəmliyini və davamlılığını təmin etmək üçün Kevlar materialdan hazırlanmış korpusdan istifadə etməyi planlaşdırır. "DuPont" şirkətinin istehsalı olan Kevlar materialı "Motorola"nın bəzi mövcud smartfonları, həmçinin avtomobil şinlərinin möhkəmliyinin artırılması, asma körpülərin konstruksiyaları və fərdi zirehli mühafizə vasitələrində istifadə edilir.
Ötən ay "Google" nümayəndələri bildiriblər ki, "ağıllı" telefon hazırlamasında avtonom iş vaxtı daha bir əsas prioritet sayılır. "X Phone"-da avtonom iş vaxtının müddətini "Motorola MAXX" modelində quraşdırılmış batareya vasitəsilə artırmaq planlaşdırılır. Bu batareyanın həcmi 3300 milliamper/saat təşkil edir.
Rəsmi məlumatlara əsasən, bu cür batareya 20 saat danışıq və ya 380 saatdan çox gözləmə rejiminə kifayətdir. "X Phone"-un xüsusiyyətlərinə gəlincə isə ekranın diaqonalı 4.8-5 düym təşkil edəcək, dördnüvəli prosessorla təchiz ediləcək, yaddaşı isə "microSD" formatlı kartla artırmaq mümkün olacaq.
Emil Hüseynov
“xPhone”-un texniki xüsusiyyətləri məlum olub
Kevlar materialdan hazırlanmış korpusa malik olacaq "X Phone" cihazı 128 QB daxili fləş-yaddaşla təchiz ediləcək. "Android 5.0 Key Lime Pie" əsasında işləyəcək cihazın cari ilin mayında təqdim ediləcəyi gözlənilir."ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, "Google" şirkəti "Android" platforması ilə işləyəcək "X Phone" kod adlı "ağıllı" telefonun lazımi möhkəmliyini və davamlılığını təmin etmək üçün Kevlar materialdan hazırlanmış korpusdan istifadə etməyi planlaşdırır. "DuPont" şirkətinin istehsalı olan Kevlar materialı "Motorola"nın bəzi mövcud smartfonları, həmçinin avtomobil şinlərinin möhkəmliyinin artırılması, asma körpülərin konstruksiyaları və fərdi zirehli mühafizə vasitələrində istifadə edilir.
Ötən ay "Google" nümayəndələri bildiriblər ki, "ağıllı" telefon hazırlamasında avtonom iş vaxtı daha bir əsas prioritet sayılır. "X Phone"-da avtonom iş vaxtının müddətini "Motorola MAXX" modelində quraşdırılmış batareya vasitəsilə artırmaq planlaşdırılır. Bu batareyanın həcmi 3300 milliamper/saat təşkil edir.
Rəsmi məlumatlara əsasən, bu cür batareya 20 saat danışıq və ya 380 saatdan çox gözləmə rejiminə kifayətdir. "X Phone"-un xüsusiyyətlərinə gəlincə isə ekranın diaqonalı 4.8-5 düym təşkil edəcək, dördnüvəli prosessorla təchiz ediləcək, yaddaşı isə "microSD" formatlı kartla artırmaq mümkün olacaq.
Emil Hüseynov
Baxış sayı: 735
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib