12px13px15px17px
Tarix:26/02/13

Dünyanın ən nazik planşeti təqdim edilib

"Sony" şirkəti Barselonada işinə başlamış "MWC 2013" sərgisində "Xperia Tablet Z" planşetini təqdim edib. Onun qalınlığı 6,9 millimetr və ekranının diaqonalı 10,1 düym təşkil edir. Bundan başqa, "Xperia Tablet Z" planşeti su keçirmir: 30 dəqiqə ərzində 1 metr dərinlikli suda qala bilər. Həmçinin istehsalçı iddia edir ki, o, dünyanın ən nazik planşetidir.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, hermetik korpusa malik planşet 1.5 QHs takt tezlikli "Qualcomm Snapdragon S4 Pro" prosessoru, 2 Qb əməli yaddaş, həmçinin 16 və ya 32 Qb daxili yaddaşla təchiz olunub.

O, "Android 4.1" mobil əməliyyat sistemi ilə işləyir. Planşetin çəkisi 495 qramdır. Arxa hissədə 8 meqapiksel və ön tərəfdə isə 2 meqapiksel təsvir ölçüsünə malik iki kameraya malikdir. Şirkətdən verilən məlumata əsasən, "Xperia Tablet Z" planşetinin 16 QB-lıq versiyasının qiyməti 499 dollar, 32 QB-lıq isə 599 dollar təşkil edir.

Emil Hüseynov



Baxış sayı: 1730

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024