12px13px15px17px
Tarix:27/02/13

Neft sənayesində nanotexnologiyalar əsasında qazma işləri uğurla davam etdirilir

Qazma sahəsində 2010-2015-ci illər ərzində icrası nəzərdə tutulan «Nanoneft» Proqramı uğurlu nəticələr verir. Dövlət Neft Şirkətindən verilən məlumata görə, «NanoMAY» sistemləri dünya qazma praktikasında ilk dəfə olaraq Azərbaycanda tətbiq edilib.

Bu sistem Bakı və Abşeron arxipelaqlarında yerləşən “Qum adası”, “Günəşli”, “Bibiheybət”, “Balaxanı”, “Neft Daşları”, “Pirallahı” yataqlarında 20-yə qədər neft və qaz quyusunun qəza və mürəkkəbləşmələrsiz qazılmasında tətbiq edilib və multiplikator effektinə nail olunub.

Hazırda nanotexnologiyalar əsasında qazma işləri uğurla davam etdirilir. Kiçik konsentrasiyalar nəzəriyyəsi əsasında işlənilmiş nanosistemlər anomal şəraitlərdə quyuların qazılması prosesində dövran edən qazma məhlullarının hidravlik itkilərinin, sürtünmə qüvvələrinin, enerji məsrəflərinin və kimyəvi reagentlərin, preparatların sərfinin 15-25% azalmasını təmin edib.

Nanosistemlər respublikamızın patent sənədləri, texniki şərtləri statusunu almış, elmi-praktiki dəyərləri UNESCO-EOLSS 6.152 «Nanoelm və nanotexnologiyalar» ensiklopediyasında dərc olunub.

Hazırda şirkətin “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzində bu proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində səmərəli iş aparılır.

RƏVAN



Baxış sayı: 2354

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024