12px13px15px17px
Tarix:28/02/13

Dünyanın ən kiçik “ARM” çipi yaradılıb

“Freescale Semiconductor” şirkəti dünyanın ən kiçik “ARM” prosessorunu yaradıb. Çox kiçik qurğulara belə yerləşdirilə bilən çip "Əşyaların interneti" konsepsiyasının həyata keçməsini daha da əlçatan edir.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, kiçik ölçüsünə (1,9x2 millimetr) baxmayaraq, “Kinetis KL02” tam işlək mikrokontrollerdir.

“Kinetis KL02” çipinin müştərilərdən birinin sifarişi əsasında yaradılmasına baxmayaraq o, pərakəndə satışa çıxarılacaq. Lakin şirkət hələ ki çipin qiyməti barəsində məlumat verməyib.

Emil Hüseynov



Baxış sayı: 768

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024