12px13px15px17px
Tarix:28/02/13

Yaşlılar üçün telefon istehsal edilib

Yaponiyanın "Kyocera" şirkəti "MWC 2013" sərgisində yaşlı auditoriya üçün nəzərdə tutulmuş mobil telefon təqdim edib. Yaponiya əhalisinin 20%-dən çoxunun 65 yaş həddini ötdüyünü nəzərə alsaq, burda təəccüblü heç nə yoxdur.

"ICTnews.az" elektron xəbər xidməti "computerra.ru" saytına istinadən bildirir ki, "Mi-Look" adlanan qurğu özündə, demək olar ki, üç qurğunu birləşdirir.

Hər şeydən əvvəl, "QVGA" təsvir ölçüsünə malik ikidüymlü ekran və üç böyük düymə ilə təchiz edilmiş adi mobil telefondur. Bundan başqa, addımölçəndir və yalnız yaşlı insanın getdiyi məsafəyə nəzarət etmir, həmçinin bu məlumatları elektron poçtla qəyyuma göndərir.

Qəyyum və ya yaşlı insanın ailə üzvləri, həmçinin həmişə yaşlı insanın harada olmasından xəbər tuta bilərlər, çünki aparata "GPS" qəbuledicisi quraşdırılıb. Digər bir funksiya isə ondan ibarətdir ki, yaşlı insan kiçik qayışda yerləşən çivi dartmaqla həyəcan siqnalı verə bilər.

Qurğu həyəcan siqnalını aktivləşdirərək qəyyuma bu barədə xəbər göndərəcək. Qurğunun qiyməti təxminən 250 dollardır.

Emil Hüseynov



Baxış sayı: 804

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024