Tarix:28/02/13
Hazırda dünyada analoqu olmayan bu unikal “ağıllı” telefon istifadəçiyə elektrokardioqrama, qanda şəkərin səviyyəsinin ölçülməsi, nəbz, temperatur və sair kimi tibbi testlərdən sərbəst surətdə keçməyə imkan yaradacaq.
Son 20 ildə tibbi avadanlıqların işlənib hazırlanması və istehsalı üzrə ixtisaslaşmış “Lifewatch” şirkəti ilk dəfə olaraq hazırladığı tibbi sensorları “ağıllı” telefonla əlaqələndirib. Azərbaycan-İsrail ticarət palatasının sədri Aleks Kaplun bildirib ki, müqavilənin imzalanması 6 ay vaxt alıb.
"Azərbaycan əhalisinin bu unikal aparatdan istifadə etməsi üçün hər iki tərəf əlindən gələni əsirgəməyib. Qarşıya qoyduğumuz məsələlərdən biri cihazın qiymətinin münasib olmasına müvəffəq olmaq idi. Biz bunu bacardıq. Mən bu unikal “ağıllı” telefonun dünyada ilk dəfə Azərbaycanda satışa çıxarılmasından qürur hissi keçirirəm. Bundan sonra aparat Amerika, Almaniya, İspaniya, Türkiyə və digər ölkələrdə əlçatan olacaq”. Azərbaycanın “Mobitel” şirkətinin ilkin proqnozuna görə, bu unikal “ağıllı” telefon artıq cari ilin may-iyun aylarında satışda olacaq.
Emil Hüseynov
Bu unikal “ağıllı” telefon dünyada ilk dəfə Azərbaycanda satışa çıxarılacaq (VİDEO)
27 fevralda İspaniyanın Barselona şəhərində “GSMA” təşkilatının sponsorluğu ilə keçirilən illik “Mobile World Congress” sərgisində Azərbaycanın “Mobitel” və İsrailin “Lifewatch” şirkətləri arasında müqavilə imzalanıb. “ICTnews.az” elektron xəbər xidməti “1news.az” saytına istinadən bildirir ki, müqavilənin şərtlərinə uyğun olaraq, artıq bu ilin ikinci rübündə Azərbaycanda daxili tibbi diaqnostika sensoru ilə təchiz edilmiş unikal “ağıllı” telefonların tədarükünə və satışına başlanılacaq.Hazırda dünyada analoqu olmayan bu unikal “ağıllı” telefon istifadəçiyə elektrokardioqrama, qanda şəkərin səviyyəsinin ölçülməsi, nəbz, temperatur və sair kimi tibbi testlərdən sərbəst surətdə keçməyə imkan yaradacaq.
Son 20 ildə tibbi avadanlıqların işlənib hazırlanması və istehsalı üzrə ixtisaslaşmış “Lifewatch” şirkəti ilk dəfə olaraq hazırladığı tibbi sensorları “ağıllı” telefonla əlaqələndirib. Azərbaycan-İsrail ticarət palatasının sədri Aleks Kaplun bildirib ki, müqavilənin imzalanması 6 ay vaxt alıb.
"Azərbaycan əhalisinin bu unikal aparatdan istifadə etməsi üçün hər iki tərəf əlindən gələni əsirgəməyib. Qarşıya qoyduğumuz məsələlərdən biri cihazın qiymətinin münasib olmasına müvəffəq olmaq idi. Biz bunu bacardıq. Mən bu unikal “ağıllı” telefonun dünyada ilk dəfə Azərbaycanda satışa çıxarılmasından qürur hissi keçirirəm. Bundan sonra aparat Amerika, Almaniya, İspaniya, Türkiyə və digər ölkələrdə əlçatan olacaq”. Azərbaycanın “Mobitel” şirkətinin ilkin proqnozuna görə, bu unikal “ağıllı” telefon artıq cari ilin may-iyun aylarında satışda olacaq.
Emil Hüseynov
Baxış sayı: 849
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib