12px13px15px17px
Tarix:28/02/13

Yaşlı insanlar da “Android” platformasında işləyən telefondan istifadə edə biləcəklər

"Fujitsy" şirkətinin yaşlılar üçün təqdim etdiyi telefon "Stylistic S1" adlanır. O, 800x480 piksel təsvir ölçüsünə malik 4 düymlü ekran, 8 meqapikselli kamera, 4 QB daxili yaddaş və 1.4 QHs takt tezlikli birnüvəli prosessorla təchiz olunub. Aparatın korpusu suya və toza davamlıdır.

"ICTnews.az" elektron xəbər xidməti "computerra.ru" saytına istinadən bildirir ki, sistemin interfeysinə gəlincə isə o, tamamilə dəyişdirilib. Bütün əsas funksiyalar bir şaquli paneldə göstərilib.

Buna səbəb yaşlı insan üçün çoxsahəli menyu strukturunun daha çətin olmasıdır. "Ağıllı" telefon bu ilin yayında satışa çıxarılacaq.

Emil Hüseynov



Baxış sayı: 747

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024