Tarix:04/03/13
“ICTnews.az” elektron xəbər xidməti “rbc.ru” saytına istinadən bildirir ki, yeni cihaz effektli üçölçülü nümunələr yaradaraq istifadəçidə kompüter şəkillərinin real dünyamıza daxil olması təsiri yaradacaq. Cihaz “HM-A1” ekranı ilə təchiz edilib və “Software MP-100” proqram platformasında işləyir.
“Canon” şirkətindən fotoların emalı üçün yüksəksəviyyəli texnologiya və daxili sensorlardan əldə olunmuş informasiyadan istifadə edən “MREAL” cihazı bütün baş verənləri video kimi yazır. Bundan sonra video emal edilərək kompüter qrafikası ilə birləşdirilir.
Əldə edilən nəticə gözlərin qarşısında yerləşdirilmiş ekranda göstərilir. Nəticədə “Canon MREAL” istifadəçisi yeni, virtual reallıq adlanan dünyaya “yüklənir”. Yeni cihaz yalnız əyləncə üçün deyil, həmçinin avtomobil dizaynerlərinə, tədqiqatçılara, həkimlərə, muzey bələdçilərinə tikinti, sənaye, aerokosmik sənaye və sair bu kimi sahə üzrə işləyən mütəxəssislərə yardımçı olacaq.
Emil Hüseynov
Yeni kainat yaradılır
“Canon” şirkəti yaxın günlərdə təqdim etdiyi “Canon MREAL Mixed Reality Headset” adlanan unikal cihazın köməkliyi ilə tezliklə reallığı dəyişdirərək dünyamızın sərhədlərini genişləndirəcəyinə dair söz verib. Yeni kainatdan zövq almaq üçün 125 min dollardan keçmək lazım gələcək.“ICTnews.az” elektron xəbər xidməti “rbc.ru” saytına istinadən bildirir ki, yeni cihaz effektli üçölçülü nümunələr yaradaraq istifadəçidə kompüter şəkillərinin real dünyamıza daxil olması təsiri yaradacaq. Cihaz “HM-A1” ekranı ilə təchiz edilib və “Software MP-100” proqram platformasında işləyir.
“Canon” şirkətindən fotoların emalı üçün yüksəksəviyyəli texnologiya və daxili sensorlardan əldə olunmuş informasiyadan istifadə edən “MREAL” cihazı bütün baş verənləri video kimi yazır. Bundan sonra video emal edilərək kompüter qrafikası ilə birləşdirilir.
Əldə edilən nəticə gözlərin qarşısında yerləşdirilmiş ekranda göstərilir. Nəticədə “Canon MREAL” istifadəçisi yeni, virtual reallıq adlanan dünyaya “yüklənir”. Yeni cihaz yalnız əyləncə üçün deyil, həmçinin avtomobil dizaynerlərinə, tədqiqatçılara, həkimlərə, muzey bələdçilərinə tikinti, sənaye, aerokosmik sənaye və sair bu kimi sahə üzrə işləyən mütəxəssislərə yardımçı olacaq.
Emil Hüseynov
Baxış sayı: 937
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib