12px13px15px17px
Tarix:05/03/13

Elektrik avtomobili üçün günəş batareyalı üzlük

Sənaye dizayneri Hakan Gürsu elektrik mühərrikiylə hərəkət edən avtomobillər üçün orijinal “yanacaqdoldurma” stansiyalarının layihəsini təklif edib.

V-Tent sistemi elektrik maşınların akkumulyatorlarının yüklənməsi üçün qurğularla təchiz edilmiş avtodayanacaqların yaradılmasını planlaşdırır. Günəş batareyalarıyla təchiz edilmiş üzlük yağıntılar və günəş şüalarının təsirini dəf edərək nəqliyyat vasitəsinin üzərini tamamilə örtəcək və enerji yaradacaq.

“ICTnews.az” elektron xəbər xidməti “ict.az” saytına istinadən bildirir ki, dizayner V-Tent sisteminin pullu olacağını bildirib: onun istifadəsi üçün elektrik avtomobilinin sahibi dayanacaq müddətini göstərməli və kredit kartının köməyi ilə lazımi məbləği ödəməlidir.

V-Tent terminallarını batareyaların yüklənmə prosesi barədə məlumatlandıran işıqlandırma ilə təchiz etmək nəzərdə tutulur. Maşın sahibi cari statusunu smartfon proqramlarının köməyilə öyrənə bilər.

Emil Hüseynov



Baxış sayı: 802

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024