12px13px15px17px
Tarix:11/03/13

Alimlər məlumatları 1 Tbit/s sürətində ötürən antena yaradıblar

Corciya Texnoloji İnstitutunun alimləri qrafendən məlumatların simsiz ötürülməsinin sürətini saniyədə bir terabitdən çox təmin edən (saniyədə bir neçə HD formatlı filmi ötürə bilən) simsiz antena icad ediblər.

“Bu, inanılmaz sürətdir. Hazırda məlumatları bir kompüterdən digərinə köçürmək üçün bir neçə saat vaxt sərf etmək lazımdır. Yeni texnologiya proseduranı bir neçə saniyəyədək azalda bilir”, - tədqiqatçılar qeyd edirlər.

“ICTnews.az” elektron xəbər xidməti “mincom.gov.az” saytına istinadən bildirir ki, lakin qrafen antena qeyd edilən sürəti qısa məsafədə - cəmi 1 metrdə təmin edə bilir. Məsafə nə qədər az olsa, sürət bir o qədər yüksək olar.

Alimlər il ərzində antenanın prototipini yaratmaq, sonradan isə qalan komponentlər üzərində işləmək niyyətindədirlər.

Emil Hüseynov



Baxış sayı: 801

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024