Tarix:11/03/13
Onun tikintisinə 1.3 milyard dollardan çox vəsait qoyulub. "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "ALMA" Şimali Amerika, Avropa və Asiyanın bir sıra ölkələrinin həyata keçirdiyi birgə layihədir. Kosmik teleskop dağlıq yaylada quraşdırılıb. "ALMA" coğrafi mövqeyinə görə planetin ən quru səhrası olan Atakamada yerləşir.
Burada, demək olar ki, yağıntı düşmür və səma çox aydın və şəffafdır. Bu isə kosmik tədqiqatlar üçün əlverişli şərait sayılır. Mütəxəssislər "ALMA" vasitəsilə ən uzaq və köhnə qalaktikalar haqqında yeni məlumatlar əldə edəcəklərinə ümid edirlər.
Onlar bildirirlər ki, "ALMA"-nın gücü hazırda planetdə fəaliyyət göstərən istənilən digər radioteleskopdan 100 dəfə daha çoxdur. "Alma" texniki cəhətdən hər birinin diametri 12 metrə bərabər 66 antenadan ibarətdir. Alimlərin sözlərinə görə, bu cür texniki xüsusiyyətlər ən uzaqda yerləşən qalaktikaların öyrənilməsi üçün kifayət edəcək.
Emil Hüseynov
Gələn həftə dünyanın ən böyük radioteleskopu işə salınacaq
Gələn həftə Çilinin dağlıq yaylalarından birində dünyanın ən böyük yerüstü kosmik teleskopu işə salınacaq. Teleskop 66 ədəd yerüstü parabola şəklində olan antenadan ibarətdir. "Atacama Large Millimeter/Submillimeter Array" (ALMA) adlanan yeni teleskopun rəsmi təqdimetmə mərasiminin martın 13-də keçiriləcəyi gözlənilir.Onun tikintisinə 1.3 milyard dollardan çox vəsait qoyulub. "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "ALMA" Şimali Amerika, Avropa və Asiyanın bir sıra ölkələrinin həyata keçirdiyi birgə layihədir. Kosmik teleskop dağlıq yaylada quraşdırılıb. "ALMA" coğrafi mövqeyinə görə planetin ən quru səhrası olan Atakamada yerləşir.
Burada, demək olar ki, yağıntı düşmür və səma çox aydın və şəffafdır. Bu isə kosmik tədqiqatlar üçün əlverişli şərait sayılır. Mütəxəssislər "ALMA" vasitəsilə ən uzaq və köhnə qalaktikalar haqqında yeni məlumatlar əldə edəcəklərinə ümid edirlər.
Onlar bildirirlər ki, "ALMA"-nın gücü hazırda planetdə fəaliyyət göstərən istənilən digər radioteleskopdan 100 dəfə daha çoxdur. "Alma" texniki cəhətdən hər birinin diametri 12 metrə bərabər 66 antenadan ibarətdir. Alimlərin sözlərinə görə, bu cür texniki xüsusiyyətlər ən uzaqda yerləşən qalaktikaların öyrənilməsi üçün kifayət edəcək.
Emil Hüseynov
Baxış sayı: 814
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib