Tarix:11/03/13
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, idman ayaqqabılarını “Adidas” şirkəti istehsal edib və “Google” şirkəti ona akselerometr, jiroskop və təzyiq datçikləri quraşdırıb. Datçiklər istifadəçinin hərəkətlərini izləyir. Səs əmrləri idman ayaqqabılarının "dilinə" quraşdırılmış dinamik vasitəsilə verilir. Sistem “Arduino” platası vasitəsilə idarə olunur.
İdman ayaqqabıları təxminən 250 əmr tanıyır və sahibini ruhlandırmaq üçün həmin əmrlərdən istifadə edir. Məsələn, əgər insan hərəkət etmirsə, ona heykələ oxşadığı barəsində bildirir. Sahibi hərəkət edən kimi idman ayaqqabıları bildirir ki, belə daha yaxşıdır. “Google”-un nümayəndələri bildiriblər ki, idman ayaqqabıları sahibinin həyat tərzinə və vərdişlərinə uyğunlaşa bilir.
O, idmançıya və idmanla təsadüfi hallarda məşğul olan insana qarşı fərqli tələblər irəli sürür.
Ayaqqabıya quraşdırılmış “Bluetooth” modulu “ağıllı” telefonla əlaqə yaratmağa imkan verir. İstifadəçi mobil aparata quraşdırdığı tətbiq vasitəsilə idman nailiyyətləri haqqında informasiyanı yadda saxlaya və onları sosial şəbəkələrdə paylaşa bilər.
“Google” şirkəti danışan idman ayaqqabılarının kütləvi istehsalını planlaşdırmır. O, “Art, Copy and Code” layihəsi çərçivəsində hazırlanıb.
Emil Hüseynov
“Danışan” idman ayaqqabıları (VIDEO)
“Google” şirkətinin ABŞ-ın Texas ştatında keçirilən “SXSW 2013” festivalında nümayiş etdirdiyi idman ayaqqabıları qışqırıq vasitəsilə sahibini idmanla məşğul olmağa və ya hərəkət etməyə vadar edir.“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, idman ayaqqabılarını “Adidas” şirkəti istehsal edib və “Google” şirkəti ona akselerometr, jiroskop və təzyiq datçikləri quraşdırıb. Datçiklər istifadəçinin hərəkətlərini izləyir. Səs əmrləri idman ayaqqabılarının "dilinə" quraşdırılmış dinamik vasitəsilə verilir. Sistem “Arduino” platası vasitəsilə idarə olunur.
İdman ayaqqabıları təxminən 250 əmr tanıyır və sahibini ruhlandırmaq üçün həmin əmrlərdən istifadə edir. Məsələn, əgər insan hərəkət etmirsə, ona heykələ oxşadığı barəsində bildirir. Sahibi hərəkət edən kimi idman ayaqqabıları bildirir ki, belə daha yaxşıdır. “Google”-un nümayəndələri bildiriblər ki, idman ayaqqabıları sahibinin həyat tərzinə və vərdişlərinə uyğunlaşa bilir.
O, idmançıya və idmanla təsadüfi hallarda məşğul olan insana qarşı fərqli tələblər irəli sürür.
Ayaqqabıya quraşdırılmış “Bluetooth” modulu “ağıllı” telefonla əlaqə yaratmağa imkan verir. İstifadəçi mobil aparata quraşdırdığı tətbiq vasitəsilə idman nailiyyətləri haqqında informasiyanı yadda saxlaya və onları sosial şəbəkələrdə paylaşa bilər.
“Google” şirkəti danışan idman ayaqqabılarının kütləvi istehsalını planlaşdırmır. O, “Art, Copy and Code” layihəsi çərçivəsində hazırlanıb.
Emil Hüseynov
Baxış sayı: 1057
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib