12px13px15px17px
Tarix:13/03/13

Sensor ekranların istehsalını ucuzlaşdırmaq üsulu tapılıb

“Fujifilm” şirkəti, noutbuk və mobil qurğular üçün sensor ekranlarının istehsalını ucuzlaşdırmaq imkanı yaradan texnologiya işləyib hazırlayıb. “ICTnews.az” elektron xəbər xidməti “Bloomberg” İnformasiya Agentliyinə istinadən bildirir ki, şirkət, müasir tutumlu sensor ekranlarında rezistiv qatın yaradılması üçün istifadə edilən, bahalı indium-qalay oksidi (ITO) əvəzinə “Fujifilm”, daha ucuz olan gümüş halohelidini istifadə etməyi təklif edir.

Lakin şirkətin nümayəndələri, yeni material əsasında ekranların istehsalının nə vaxtdan başlanacağını və bu cür sensor panellərin qiymətinin nə qədər ucuz olacağını bildirməyiblər.

“Fujifilm”dən başqa, layihədə yarımkeçirici istehsalçısı “Atmel” və ekran hissələrini buraxan “Uni-Pixel” şirkəti iştirak edirlər. “Uni-Pixel” bəzi hissələrin istehsalında misdən istifadə etməyi nəzərdə tutur və bu materialın iti displeylərdə də istifadə edilə bildiyini göstərir.

Gümüş halohelidi fotoemulsiyanın hissələrindən biridir. Fotoemulsiyalı qat fotoplyonkaya işığa reaksiya vermək qabiliyyəti verir. “Fujifilm” şirkəti dünyanın ən böyük fotomaterial istehsalçılarından biridir.

AYNUR



Baxış sayı: 740

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024