Tarix:16/03/13
"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, Kaliforniya Texnologiya İnstitutunun alimləri ciddi zədələnmədən sonra belə bərpa oluna bilən elektronika yaradıblar. Onun əsasında hazırlanmış cihazlar üçün qısa qapanma, radiasiya şüalanması, mexaniki zədələnmə problem olmayacaq.
Sınaq zamanı mikroçipin müxtəlif hissələrinin güclü lazerlə məhv edilməsinə baxmayaraq, "ağıllı" sxem bir saniyə ərzində iş qabiliyyətini bərpa edib.
Çipin ölçüsü o qədər kiçikdir ki, bir kiçik sikkədə 76 ədəd bu cür qurğu yerləşə bilər. "Bu inanılmazdır. Mənə elə gəlir ki, biz inteqral sxemlərin təkamülündə növbəti addımın şahidi olduq", - deyə unikal texnologiyanın istehsalçılarından biri Əli Xadcimiri bildirib.
Biz gücləndiricinin 50%-ni dağıtdıq və tranzistor daxil olmaqla, onun komponentlərindən bir çoxunu buxarlandırdıq. Bununla belə, çip özünü bərpa edərək maksimum məhsuldarlıq nümayiş etdirdi".
EMİL
Özü bərpa olunan çip yaradılıb
Alim və mühəndislərdən ibarət komandanın yaratdığı kiçik mikroçip ciddi zədələnmədən sonra belə öz iş qabiliyyətini bərpa etməyə "qadirdir"."ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, Kaliforniya Texnologiya İnstitutunun alimləri ciddi zədələnmədən sonra belə bərpa oluna bilən elektronika yaradıblar. Onun əsasında hazırlanmış cihazlar üçün qısa qapanma, radiasiya şüalanması, mexaniki zədələnmə problem olmayacaq.
Sınaq zamanı mikroçipin müxtəlif hissələrinin güclü lazerlə məhv edilməsinə baxmayaraq, "ağıllı" sxem bir saniyə ərzində iş qabiliyyətini bərpa edib.
Çipin ölçüsü o qədər kiçikdir ki, bir kiçik sikkədə 76 ədəd bu cür qurğu yerləşə bilər. "Bu inanılmazdır. Mənə elə gəlir ki, biz inteqral sxemlərin təkamülündə növbəti addımın şahidi olduq", - deyə unikal texnologiyanın istehsalçılarından biri Əli Xadcimiri bildirib.
Biz gücləndiricinin 50%-ni dağıtdıq və tranzistor daxil olmaqla, onun komponentlərindən bir çoxunu buxarlandırdıq. Bununla belə, çip özünü bərpa edərək maksimum məhsuldarlıq nümayiş etdirdi".
EMİL
Baxış sayı: 736
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib