12px13px15px17px
Tarix:18/03/13

Superkompüterlərin gücü 100 dəfə artırılacaq

ABŞ-ın "DARPA" agentliyi tərəfindən maliyyələşdirilən proqram çərçivəsində işləyən "IBM" şirkətinin tədqiqatçılar komandası çox böyük tutumlu informasiyanın görünməmiş aşağı enerji sərfiyyatında ötürülməsinin yeni üsulunu hazırlayıblar.

Əvvəlki uğurlarla müqayisədə informasiyanın ötürülmə sürəti 66% artırılıb, ötürülmə üçün sərf edilən enerjinin miqdarı isə təxminən iki dəfə azalıb.

Müvafiq həll ən müasir hesablama sistemlərinin işləmə sürətini 100 dəfə üstələyən sürətdə işləməyə qadir superkompüterlərin yaradılmasını bir addım da yaxınlaşdırır. Daha dəqiq, "IBM"-in tədqiqatçıları informasiyanın saniyədə 25 Qbit sürətlə ötürülməsini təmin edən optik rabitə xətti yaradıblar. Bu optik kanal cəmisi 24 millivatt enerji sərf edir və bir bit informasiya üçün isə cəmisi 1 pikocoul enerji xərclənir.

"ICTnews.az" elektron xəbər xidməti "dailytechinfo.org" saytına istinadən bildirir ki, alimlərin proqnozuna əsasən, gələcəyin ekzaflops səviyyəli superkompüterləri hazırda mövcud kompüterlərin öhdəsindən gələ bilmədiyi bir çox çətin məsələləri həll edəcək. Planetin iqliminin, canlı hüceyrənin molekulyar səviyyədə modelləşdirilməsini belə məsələlərə misal göstərmək olar.

"Biz təxmin edirik ki, ekzoflops səviyyəli hesablama maşınları təqribən 2020-ci ilədək yaradılacaq, lakin bunun üçün bir sıra araşdırmalar aparmaq və yeni texnologiyalar hazırlamaq lazım gələcək" – "IBM"-in Uotson adına Araşdırmalar Mərkəzinin əməkdaşlarından biri Conatan Proyesel deyib. "IBM" korporasiyasının nümayəndələri əldə etdikləri nailiyyətin xüsusiyyətlərini və ətraflı texniki informasiyanı martın 17-21-də Kaliforniya ştatında keçiriləcək "Optical Fiber Communication Conference and Exposition/National Fiber Optic Engineers Conference (OFC/NFOEC)" konfransında dərc etməyi planlaşdırırlar.

Emil Hüseynov



Baxış sayı: 768

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024