Tarix:29/03/13
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “PICS” vasitəsilə istifadəçilər təsviri idarə edə, ictimai təhlükəsizlik xidməti işçilərinə fayllar göndərə və şəkillərə hüquqi qüvvə vermək üçün onların əsilliyini təyin edə bilərlər.
Beləliklə, proqram, məhkəmə işlərinin baxılmasında sübutların etibarsız hesab edilməsi riskini minimal həddə çatdırır. Radiostansiyada, istifadəçilərin təsvirlərə baxması üçün rəngli QVGA-displey mövcuddur.
Burada həmçinin “Bluetooth” vasitəsilə məlumatların ötürülməsi mümkündür, qurğu TEDS texnologiyasını dəstəkləyir, bu da personala sürətli və mühafizə olunan rabitə kanalları üzərindən mətnli bildirişlər və təsvirlər göndərmək imkanı verir. “MTP6750” modeli “retranslyator” rejimi ilə təchiz edilib.
Radiostansiyanın iş zonası, 1,8 Vt (Class3L) güclü ötürücü və qəbuledicinin yüksək həssaslığı sayəsində, rəqib modellərdən 14% çoxdur. “PICS” sistemi üç əsas platformaların- “Integrated Terminal Management” (terminalları kompleks idarəetmə sistemini, iTM), “Indelible Digital Marking” və “Application Programming Interface” (API) funksiyalarını özündə cəmləşdirir. “iTM” radiostansiya parkını, mərkəzi dispetçer məntəqəsindən məsafədən idarə etməyə, şəkillərin ehtiyat sürətini yaratmağa və proqram təminatını yeniləməyə imkan verir.
Bu həll vasitəsilə dispetçer xidmətinin işçiləri, qurğu enerji topladığı zaman şəkilləri, tələb olunan sorğu məlumatlarını bir neçə radiostansiyaya göndərə bilərlər, bu da kağız sənədlərin dövriyyəsini maksimal dərəcədə azaltmağa imkan yaradır. “Indelible Digital Marking” sistemi sayəsində, ictimai təhlükəsizlik xidməti işçiləri şəkillərin əsilliyini müəyyən edə bilərlər. Təsviri fayllar əsas məlumatlardan ibarətdir: vaxt, tarix, yer, identifikasiya nömrəsi və s. “iTM” istifadəçiyə şəklin əsilliyini israr etməyə imkan verir, lakin təsvirin hər hansı elementi və ya onun əsas məlumatları dəyişdirilsə, təsvir etibarsız sayılacaq.
Aynur Vəliyeva
Kamera ilə təchiz edilmiş ilk ratsiya təqdim edilib
“Motorola Solutions” bu gün “MTP6750” – ilk “Photograph and Intelligence Communications System” (PICS) həlli və 5 meqapikselli kamera ilə təchiz edilmiş səyyar “TETRA” radiostansiyasını təqdim edib.“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “PICS” vasitəsilə istifadəçilər təsviri idarə edə, ictimai təhlükəsizlik xidməti işçilərinə fayllar göndərə və şəkillərə hüquqi qüvvə vermək üçün onların əsilliyini təyin edə bilərlər.
Beləliklə, proqram, məhkəmə işlərinin baxılmasında sübutların etibarsız hesab edilməsi riskini minimal həddə çatdırır. Radiostansiyada, istifadəçilərin təsvirlərə baxması üçün rəngli QVGA-displey mövcuddur.
Burada həmçinin “Bluetooth” vasitəsilə məlumatların ötürülməsi mümkündür, qurğu TEDS texnologiyasını dəstəkləyir, bu da personala sürətli və mühafizə olunan rabitə kanalları üzərindən mətnli bildirişlər və təsvirlər göndərmək imkanı verir. “MTP6750” modeli “retranslyator” rejimi ilə təchiz edilib.
Radiostansiyanın iş zonası, 1,8 Vt (Class3L) güclü ötürücü və qəbuledicinin yüksək həssaslığı sayəsində, rəqib modellərdən 14% çoxdur. “PICS” sistemi üç əsas platformaların- “Integrated Terminal Management” (terminalları kompleks idarəetmə sistemini, iTM), “Indelible Digital Marking” və “Application Programming Interface” (API) funksiyalarını özündə cəmləşdirir. “iTM” radiostansiya parkını, mərkəzi dispetçer məntəqəsindən məsafədən idarə etməyə, şəkillərin ehtiyat sürətini yaratmağa və proqram təminatını yeniləməyə imkan verir.
Bu həll vasitəsilə dispetçer xidmətinin işçiləri, qurğu enerji topladığı zaman şəkilləri, tələb olunan sorğu məlumatlarını bir neçə radiostansiyaya göndərə bilərlər, bu da kağız sənədlərin dövriyyəsini maksimal dərəcədə azaltmağa imkan yaradır. “Indelible Digital Marking” sistemi sayəsində, ictimai təhlükəsizlik xidməti işçiləri şəkillərin əsilliyini müəyyən edə bilərlər. Təsviri fayllar əsas məlumatlardan ibarətdir: vaxt, tarix, yer, identifikasiya nömrəsi və s. “iTM” istifadəçiyə şəklin əsilliyini israr etməyə imkan verir, lakin təsvirin hər hansı elementi və ya onun əsas məlumatları dəyişdirilsə, təsvir etibarsız sayılacaq.
Aynur Vəliyeva
Baxış sayı: 5694
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib