Tarix:03/04/13
"BRAIN – bu, insan dərrakəsi barədə təsəvvürü dəyişdirmək və alsqeymer xəstəliyi, şizofreniya, autizm, epilepsiya və kəllə-beyin travmaları daxil olmaqla, baş-beyin xəstəliklərinin yeni müalicə və profilaktika üsullarını tapmaq üçün nəzərdə tutulmuş yeni proqramdır" – Ağ Evin rəsmi məlumatında bu cür yazılıb.
“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, ABŞ hökuməti “BRAIN” proqramı vasitəsilə yeni texnologiyaların inkişafını sürətləndirməyi planlaşdırır. Yeni texnologiyalar sayəsində alimlər mürəkkəb neyron şəbəkələrinin təsvirini formalaşdıra və real vaxt rejimində insan beyninin hüceyrələrinin qarşılıqlı fəaliyyət proseslərini vizuallaşdıra biləcəklər.
Nəticədə insan beyninin iş fəaliyyəti daha yaxşı araşdırılmış olacaq. İnsan beyni kainatda ən mürəkkəb strukturdur. O, 125 trilyon sinapsdan ibarətdir. Sərt diskdə verilənlər sabit vəziyyətdə saxlanılır. Beyin isə məlumatı neyronlar arasındakı mövcud mürəkkəb əlaqələr vasitəsilə yadda saxlayır. Beynin həcmi təxminən 2.5 PB-dir (milyon qiqabayt).
Barak Obama kommersiya şirkətlərini, elmi-tədqiqat institutlarını, elmi cəmiyyətləri və filantropları “BRAIN” təşəbbüsünə qoşulmağa səsləyib. Proqramın əsas vəzifəsi insan beyninin iş fəaliyyətini və xəstəliklərin qarşısını almağı araşdırmaqdır. “BRAIN” proqramına ilkin investisiya qoyuluşunun həcmi 100 milyon dollar təşkil edəcək.
Emil Hüseynov
ABŞ insan beyninin iş fəaliyyətini vizuallaşdıracaq
ABŞ prezidenti Barak Obama “BRAIN” (Brain Research through Advancing Innovative Neurotechnologies – ən qabaqcıl neyrotexnologiyalar vasitəsilə beynin öyrənilməsi) adlanan yeni tədqiqat proqramına start verildiyini bəyan edib."BRAIN – bu, insan dərrakəsi barədə təsəvvürü dəyişdirmək və alsqeymer xəstəliyi, şizofreniya, autizm, epilepsiya və kəllə-beyin travmaları daxil olmaqla, baş-beyin xəstəliklərinin yeni müalicə və profilaktika üsullarını tapmaq üçün nəzərdə tutulmuş yeni proqramdır" – Ağ Evin rəsmi məlumatında bu cür yazılıb.
“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, ABŞ hökuməti “BRAIN” proqramı vasitəsilə yeni texnologiyaların inkişafını sürətləndirməyi planlaşdırır. Yeni texnologiyalar sayəsində alimlər mürəkkəb neyron şəbəkələrinin təsvirini formalaşdıra və real vaxt rejimində insan beyninin hüceyrələrinin qarşılıqlı fəaliyyət proseslərini vizuallaşdıra biləcəklər.
Nəticədə insan beyninin iş fəaliyyəti daha yaxşı araşdırılmış olacaq. İnsan beyni kainatda ən mürəkkəb strukturdur. O, 125 trilyon sinapsdan ibarətdir. Sərt diskdə verilənlər sabit vəziyyətdə saxlanılır. Beyin isə məlumatı neyronlar arasındakı mövcud mürəkkəb əlaqələr vasitəsilə yadda saxlayır. Beynin həcmi təxminən 2.5 PB-dir (milyon qiqabayt).
Barak Obama kommersiya şirkətlərini, elmi-tədqiqat institutlarını, elmi cəmiyyətləri və filantropları “BRAIN” təşəbbüsünə qoşulmağa səsləyib. Proqramın əsas vəzifəsi insan beyninin iş fəaliyyətini və xəstəliklərin qarşısını almağı araşdırmaqdır. “BRAIN” proqramına ilkin investisiya qoyuluşunun həcmi 100 milyon dollar təşkil edəcək.
Emil Hüseynov
Baxış sayı: 788
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib