Tarix:05/04/13
Hesabata əsasən, Avropada istifadəçilərin 34%-i telefon və ya planşetdən istifadə etməkdən heç vaxt imtina edə bilməz, rəyi soruşulmuşların 24%-i bildirib ki, evdə yanğın zamanı xilas edəcəkləri iki əşyadan biri mütləq mobil cihaz olardı. "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, bəzi istifadəçilər öz qurğularını və onların daxilində yerləşən informasiyanı qoruyurlar.
Eyni zamanda avropalıların 69%-u etiraf edib ki, onlar öz fərdi informasiyalarına smartfonları vasitəsilə giriş əldə edirlər. 35%-i isə etiraf edib ki, cihazlarına şifrə təyin etmirlər.
Qurğunun oğurlanması və itirilməsi hallarında, demək olar ki, aparatın sahibi haqda fərdi informasiya (elektron poçt, işgüzar məktub və sənədlər, digər hesablar üçün şifrələr) asanlıqla ələ keçirilir.
Araşdırmaya əsasən, on avropalıdan üçü ən azı bir dəfə mobil qurğularının itirilməsi və oğurlanması ilə üzləşib. Əksər hallarda avropalılar öz mobil qurğularının müdafiəsi məsələlərinə az diqqət ayırırlar. İstifadəçilərin 40%-i etiraf edir ki, tətbiqləri etibarsız mənbədən yükləyirlər, 35%-i bildirib ki, onlayn şopinq zamanı heç də həmişə təhlükəsiz ödəniş üsulundan istifadə etmirlər.
Hesabata əsasən, Avropada hər on mobil qurğu istifadəçisindən biri mobil texnologiyalardan istifadə edilən kibercinayətkarlığın "qurban"ı olub.
Emil Hüseynov
“Symantec”: “İstifadəçilər smartfonlarını kifayət qədər yaxşı qorumurlar”
"Symantec" şirkəti Avropa və Rusiya vətəndaşlarının mobil qurğu və mobil internetdən istifadəsinin xüsusiyyətlərinə həsr edilmiş hesabat dərc edib.Hesabata əsasən, Avropada istifadəçilərin 34%-i telefon və ya planşetdən istifadə etməkdən heç vaxt imtina edə bilməz, rəyi soruşulmuşların 24%-i bildirib ki, evdə yanğın zamanı xilas edəcəkləri iki əşyadan biri mütləq mobil cihaz olardı. "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, bəzi istifadəçilər öz qurğularını və onların daxilində yerləşən informasiyanı qoruyurlar.
Eyni zamanda avropalıların 69%-u etiraf edib ki, onlar öz fərdi informasiyalarına smartfonları vasitəsilə giriş əldə edirlər. 35%-i isə etiraf edib ki, cihazlarına şifrə təyin etmirlər.
Qurğunun oğurlanması və itirilməsi hallarında, demək olar ki, aparatın sahibi haqda fərdi informasiya (elektron poçt, işgüzar məktub və sənədlər, digər hesablar üçün şifrələr) asanlıqla ələ keçirilir.
Araşdırmaya əsasən, on avropalıdan üçü ən azı bir dəfə mobil qurğularının itirilməsi və oğurlanması ilə üzləşib. Əksər hallarda avropalılar öz mobil qurğularının müdafiəsi məsələlərinə az diqqət ayırırlar. İstifadəçilərin 40%-i etiraf edir ki, tətbiqləri etibarsız mənbədən yükləyirlər, 35%-i bildirib ki, onlayn şopinq zamanı heç də həmişə təhlükəsiz ödəniş üsulundan istifadə etmirlər.
Hesabata əsasən, Avropada hər on mobil qurğu istifadəçisindən biri mobil texnologiyalardan istifadə edilən kibercinayətkarlığın "qurban"ı olub.
Emil Hüseynov
Baxış sayı: 805
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib