12px13px15px17px
Tarix:08/04/13

Azərbaycanın ilk universal avtomobili istehsal edilib

"Gəmiqaya Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "Gəmiqaya Nəqliyyat" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən universal avtomobil nümunəsi istehsal edilib. Uzunluğu 4 metr 90 santimetr, eni və hündürlüyü 2 metr 80 santimetr olan avtomaşının ümumi ağırlığı 2 ton 850 kiloqramdır. 100 HB at gücü olan və 3000CC turbo mühərriklə təmin olunmuş avtomaşın dizel yanacaqla işləyir.

Yanacaq çəninin tutumu 148 litr, yanacaq sərfi 100 kilometr-saatda 10 litrdir. Yüksək texniki göstəricilərə malik universal avtomaşına müxtəlif qoşqular əlavə edilməklə kənd təsərrüfatı sahəsində otbiçən, kultivator, gübrəsəpən, dərmanlayan, toxumsəpən, presvuran, yol təsərrüfatında qarsovuran, qarkürəyən, yolduzlayan, fövqəladə hallarla əlaqədar yanğınsöndürən, 2-4 tonluq teleskopik kran, nərdivanlı su və köpükvuran, eləcə də təcili yardım maşını kimi istifadə olunacaq.

Bundan başqa bu avtomobildən manevr imkanlarına görə hərbi təyinatlı texnika kimi də istifadə edilə bilər.

Qeyd edək ki, bu avtomobillərin analoqlarının qiyməti dünya bazarında 150 min avro dəyərindədir.

RƏVAN



Baxış sayı: 1005

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024