Tarix:10/04/13
"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, aparat 1 QHs takt tezlikli birnüvəli "VIA WM8950" prosessoru, "Mali-400" qrafik nüvəsi, 1 QB həcmində əməli yaddaş və 8 və ya 16 QB həcmində daxili fləş-yaddaşla təchiz edilib.
"MicroSD" formatlı yaddaş kartı üçün slot vasitəsilə daxili yaddaşın həcmini artırmaq olar. "ASUS MeMO Pad ME172V" planşetində "Wi-Fi 802.11b/g/n" simsiz rabitə modulu, "G"-datçik, 1,3 meqapikselli kamera (ön hissədə), mikrofon, qulaqlıq və mikrofonun qoşulması üçün 3.5 millimetrlik konnektor və "Micro USB" portu əlçatandır.
4270 milliamper/saat tutumunda olan akkumulyator 7 saatlıq avtonom iş vaxtı təmin edir. Aparatın ölçüsü 196,2x119,2x11,2 millimetr, çəkisi 370 qram olub.
Qurğu "Android 4.1" (Jelly Bean) əməliyyat sistemi ilə işləyir. "ASUS MeMO Pad ME172V" planşeti artıq ABŞ-da ağ, boz və çəhrayı rənglərdə satışa çıxarılıb. 16 QB-lıq fləş-yaddaşla olan modelin qiyməti 149 dollar təşkil edir.
Emil Hüseynov
7 düymlü “ASUS MeMo Pad” planşetinin qiyməti məlum olub
"ASUS" şirkəti 1024x600 nöqtə təsvir ölçülü 7 düymlü yeni "MeMO Pad" (ME172V modeli) planşetinin satışlarına başlayıb."ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, aparat 1 QHs takt tezlikli birnüvəli "VIA WM8950" prosessoru, "Mali-400" qrafik nüvəsi, 1 QB həcmində əməli yaddaş və 8 və ya 16 QB həcmində daxili fləş-yaddaşla təchiz edilib.
"MicroSD" formatlı yaddaş kartı üçün slot vasitəsilə daxili yaddaşın həcmini artırmaq olar. "ASUS MeMO Pad ME172V" planşetində "Wi-Fi 802.11b/g/n" simsiz rabitə modulu, "G"-datçik, 1,3 meqapikselli kamera (ön hissədə), mikrofon, qulaqlıq və mikrofonun qoşulması üçün 3.5 millimetrlik konnektor və "Micro USB" portu əlçatandır.
4270 milliamper/saat tutumunda olan akkumulyator 7 saatlıq avtonom iş vaxtı təmin edir. Aparatın ölçüsü 196,2x119,2x11,2 millimetr, çəkisi 370 qram olub.
Qurğu "Android 4.1" (Jelly Bean) əməliyyat sistemi ilə işləyir. "ASUS MeMO Pad ME172V" planşeti artıq ABŞ-da ağ, boz və çəhrayı rənglərdə satışa çıxarılıb. 16 QB-lıq fləş-yaddaşla olan modelin qiyməti 149 dollar təşkil edir.
Emil Hüseynov
Baxış sayı: 958
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib