12px13px15px17px
Tarix:11/04/13

Avrasiya İqtisadi Zirvə Toplantısında Azərbaycanın İKT sahəsində uğurları diqqət mərkəzində olub

Mərmərə Qrupu Sosial və Strateji Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə İstanbulda keçirilən Avrasiya İqtisadi Zirvə Toplantısında Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində uğurları diqqət mərkəzində olub.

Zirvə toplantısında çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov təbii ehtiyatları ilə zəngin olan və regionun lider dövlətinə çevrilmiş Azərbaycanda neft və qaz gəlirlərindən asılılığın azaldılması üçün ardıcıl islahatlar aparılır.

Bu kontekstdə İKT-nin inkişafı mühüm əhəmiyyət kəsb edir. İnformasiya-kommunikasiya texnologiyaları iqtisadiyyatın digər sahələrinin də inkişafını müəyyən edən bir amilə çevrilmişdir. Hökumətimizin bu sahəyə diqqətinin nəticəsidir ki, bu gün Azərbaycanda internet istifadəçilərinin sayı sürətlə artmaqdadır. Genişzolaqlı internet şəbəkəsinin inkişaf etdirilməsi üçün böyük məbləğdə vəsait ayrılıb.

Nazir vurğulayıb ki, torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu Azərbaycan regionda infrastruktur layihələrinin həyata keçirilməsini diqqət mərkəzində saxlayır. Lakin, işğal siyasətinin davam etməsi tam əməkdaşlığa əngəllər törədir.

Bununla belə, regionda internet və İKT sahəsində inkişafa nail olmaq üçün Azərbaycan hökumətinin təşəbbüsü ilə BMT tərəfindən "Trans-Avrasiya super informasiya magistralı" (TASİM) ilə bağlı 2 qətnamə qəbul edilib. Ə.Abbasov əlavə edib ki, ölkəmiz dövlətlərin təhlükəsizliyi baxımından mühüm məsələ olan kibercinayətkarlıqla mübarizəyə də böyük diqqət yetirir, bu sahədə əməkdaşlığa hər zaman açıqdır.



Baxış sayı: 1322

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024