12px13px15px17px
Tarix:19/04/13

İlin ikinci yarısında əyilmiş ekrana malik televizorların satışına başlanılacaq

“LG” şirkəti bu ilin yanvarında keçirilmiş “CES 2013” sərgisində əyilmiş “OLED” displeyə malik televizorlar nümayiş etdirib. O zaman qurğunun yalnız konsepti təqdim edilmişdi. Hazırda isə əyilmiş ekranla təchiz edilmiş “LG” televizorları artıq bu il satışa çıxarılacaq.

“ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, sözügedən şirkətin nümayəndələrinin sözlərinə görə, əyilmiş ekranla təchiz edilmiş televizorlar böyük üstünlükdür. “LG Home Entertainment” bölməsinin vitse-prezidenti Tomas Li deyib ki, televizorda əyilmiş ekrandan istifadə yeni böyük trend olacaq.

“LG” şirkəti sözügedən televizorların satışına ilk əvvəl Britaniyada başlayacaq. Qurğuların texniki xüsusiyyətləri və qiymətləri hələ ki açıqlanmır.

Emil Hüseynov



Baxış sayı: 789

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024