12px13px15px17px
Tarix:20/04/13

Ev robot texnikası bazarının həcmi 6,5 milyard dollaradək artacaq

"Ağıllı" robotlar bazarının həcmi 2017-ci ilədək təxminən 4 dəfə artaraq 6,5 milyard dollar təşkil edəcək. "ABI Research" analitik şirkətinin hesabatına əsasən, adıçəkilən bazarın həcmi hazırda 1.6 milyard həcmində qiymətləndirilir.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, yaxın vaxtlara kimi robotların evdə istifadə edilmə prosesi ləng gedirdi. Komponenetlərin baha olması səbəb kimi göstərilirdi. Lakin smartfon və planşetlərin kütləviləşməsi komponentlərin ucuzlaşması və texnologiyaların inkişafı ilə nəticləndi

. Son illər ərzində, məsələn robotlar döşəməni yumaq, maneələri dəf etmək və sair kimi xüsusiyyətləri mənimsəyib. Amerikanın "iRobot" şirkəti robot texnikası sahəsində lider olaraq qalır.

Emil Hüseynov



Baxış sayı: 980

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024