12px13px15px17px
Tarix:23/04/13

“Firefox OS” əməliyyat sistemi ilə işləyən smartfonların satışlarına başlanılıb

İspaniyanın “Geeksphone” şirkəti “Firefox OS” əməliyyat sistemi ilə işləyən ilk smartfonların satışlarına başlayıb. Daha sadə model olan “Keon” smartfonunu 119 dollara sifariş etmək olar. O, 3.5 düymlü “HVGA” displeyi, 1 QHs-lik “Snapdragon S1” prosessoru, 3 meqapiksellik kamera, 512 MB əməli yaddaş və 4 QB daxili yaddaşla təchiz olunub. Aparat “microSD” yaddaş kartını dəstəkləyir.

Akkumulyator batareyasının tutumu 1580 milliamper/saat təşkil edir. “ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, 4.3 düymlü “qHD” ekranla təchiz edilmiş “Peak” smartfonu 194 dollara satılır.

O, ikinüvəli “Snapdragon” prosessoru, iki kamera (arxa paneldə 8 MB, ön paneldə isə 2 MB), həmçinin 512 MB əməli yaddaş və 4 QB daxili yaddaşla təchiz edilib. Akkumulyator batareyasının tutumu 1800 milliamper/saat təşkil edir. Xatırladaq ki, “Firefox OS” mobil əməliyyat sistemi “Linux” nüvəsinə əsaslanır.

Emil Hüseynov



Baxış sayı: 863

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024