12px13px15px17px
Tarix:25/04/13

Azərbaycan nümayəndə heyəti “TİBO-2013” beynəlxalq sərgi və forumunda iştirak edir

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə ölkənin dövlət, özəl və qeyri-hökumət qurumlarının 60-a yaxın rəhbər nümayəndələri Belarus Respublikasının Minsk şəhərində 20-ci telekommunikasiya, rabitə, təhlükəsizlik, informasiya və bank texnologiyaları üzrə ixtisaslaşmış "TİBO-2013" beynəlxalq sərgi və forumunda iştirak ediblər.

Açılış mərasimində Belarus Respublikasının baş nazirinin müavini Anatoliy Kalinin, İnformatizasiya və rabitə naziri Nikolay Panteley, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, eləcə də, digər rəsmi şəxslər çıxış ediblər.

"TİBO-2013" sərgi və forumunun təşkilatçıları tərəfindən təltif olunmuş xatirə medalı Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova təqdim olunub. Çıxışlardan sonra ali qonaqlar VİP-tur çərçivəsində Azərbaycanın stendinə baş çəkib və ölkəmizin İKT sahəsində əldə etdiyi nailiyyətlərlə yaxından tanış olublar.

Sonra Belarusun baş naziri  Mixail Myasnikoviç Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib. Bundan başqa, səfər çərçivəsində Azərbaycan prezidenti cənab İlham Əliyevin Belarusa rəsmi səfəri zamanı əldə olunmuş razılaşmaya əsasən ikinci Belarus - AzərbaycanİKT Forumu keçirilib.

Bu forum ölkələr arasında İKT sahəsində əməkdaşlıq imkanlarının müzakirə edilməsi, təcrübələrin bölüşdürülməsi, həmçinin gələcək imkanlar üçün əsaslı şəraitin yaradılması məqsədi daşıyır.

Forumda hər iki ölkə arasında İKT sahəsində qarşılıqlı əməkdaşlığa dair sənədlər imzalanıb, eyni zamanda gələcək perspektivlər müzakirə olunub.



Baxış sayı: 1089

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024