Tarix:29/04/13
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, 7 və 10 düymlük qurğular xəttini zənginləşdirəcək, yeni planşetin iyun ayında buraxılması gözlənilir. Təqribən iyul ayında "Samsung" şirkəti "Galaxy S 4" smartfonunun xüsusi versiyasının təqdimatına hazırlaşır. Bu model su və toz keçirməyən olacaq. Yeni "Galaxy S4 Active" bir çox parametrlərinə və görünüşünə görə öncə təqdim edilmiş "Galaxy S4"-də oxşayacaq. Xatırladaq ki, orijinal "S4"-ün satışına ötən həftənin cümə və şənbə günləri başlanılıb. ABŞ-da satışlar aprelin 30-da başlayacaq.
Bununla yanaşı, "Samsung" şirkəti "Galaxy S4", 4,3 düym ekrana malik olan yığcam versiyasını buraxmaq niyyətindədir. Mənbələr bildirirlər ki, bu qədər çeşiddə oxşar məhsulun buraxılması, "Samsung"a bazarda daha çox müştəri əhatə etmək imkanı verir. "Strategy Analytics"in məlumatına əsasən, ötən il ərzində "Samsung" dünya bazarına smartfonların təchizatını 56% artırıb və bu ilin ilk üç ayı ərzində bazara 69,4 milyon aparat təqdim edib.
Eyni dövr ərzində "Apple iPhone" qurğularının bazara təchizatı 6,6% artaraq 37,4 milyon smartfon təşkil edib. Üçüncü yeri ilk dəfə olaraq Koreyanın "LG Electronics" şirkəti tutub. Ümumilikdə bu ilin birinci rübündə bazara 209,5 milyon smartfon təchiz edilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36% çoxdur.
Analitiklər bildirirlər ki, aparatların əhəmiyyətli hissəsi, Çin, Hindistan, Braziliya və Şərqi Avropada satılan büdcəli "Android"-devaysların payına düşür. "Strategy Analytics" onu da qeyd edib ki, Çinin "Huawei" və "ZTE" şirkətlərinin məhsullarının bazara təchizatı artıb.
Aynur Vəliyeva
“Galaxy S4” su keçirməyəcək
"The Wall Street Journal" nəşrinin məlumatına əsasən, "Samsung Electronics" şirkəti yayda bu günədək anons edilməmiş 8 düymlük planşet və "Galaxy" ailəsinə aid olan smartfon buraxmağa hazırlaşır."ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, 7 və 10 düymlük qurğular xəttini zənginləşdirəcək, yeni planşetin iyun ayında buraxılması gözlənilir. Təqribən iyul ayında "Samsung" şirkəti "Galaxy S 4" smartfonunun xüsusi versiyasının təqdimatına hazırlaşır. Bu model su və toz keçirməyən olacaq. Yeni "Galaxy S4 Active" bir çox parametrlərinə və görünüşünə görə öncə təqdim edilmiş "Galaxy S4"-də oxşayacaq. Xatırladaq ki, orijinal "S4"-ün satışına ötən həftənin cümə və şənbə günləri başlanılıb. ABŞ-da satışlar aprelin 30-da başlayacaq.
Bununla yanaşı, "Samsung" şirkəti "Galaxy S4", 4,3 düym ekrana malik olan yığcam versiyasını buraxmaq niyyətindədir. Mənbələr bildirirlər ki, bu qədər çeşiddə oxşar məhsulun buraxılması, "Samsung"a bazarda daha çox müştəri əhatə etmək imkanı verir. "Strategy Analytics"in məlumatına əsasən, ötən il ərzində "Samsung" dünya bazarına smartfonların təchizatını 56% artırıb və bu ilin ilk üç ayı ərzində bazara 69,4 milyon aparat təqdim edib.
Eyni dövr ərzində "Apple iPhone" qurğularının bazara təchizatı 6,6% artaraq 37,4 milyon smartfon təşkil edib. Üçüncü yeri ilk dəfə olaraq Koreyanın "LG Electronics" şirkəti tutub. Ümumilikdə bu ilin birinci rübündə bazara 209,5 milyon smartfon təchiz edilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36% çoxdur.
Analitiklər bildirirlər ki, aparatların əhəmiyyətli hissəsi, Çin, Hindistan, Braziliya və Şərqi Avropada satılan büdcəli "Android"-devaysların payına düşür. "Strategy Analytics" onu da qeyd edib ki, Çinin "Huawei" və "ZTE" şirkətlərinin məhsullarının bazara təchizatı artıb.
Aynur Vəliyeva
Baxış sayı: 1001
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib