Tarix:01/05/13
"ICTnews" xəbər xidmətinin www.cybersecurity.ru saytına istinadən verdiyi məlumata əsasən, klaster arxitekturu operator magistral şəbəkələrində istənilən nasazlıqlara dayanıqlı yüksək məsuldarlığa malik olan yönləndirmə sistemlərinin yaradılması üçün geniş istifadə edilir.
İntellektual abunə qurğularının geniş istifadə edilməsi, biznes səviyyəli telekommunikasiya sistemlərinin önəmli dərəcədə mürəkkəbləşməsi və təkmilləşməsi, simsiz genişzolaqlı texnologiyaların inkişafı, yüksək aydınlığa malik olan (HD) videonun və bulud hesablamaları texnologiyalarının məşhurlaşması magistral şəbəkə operatorları qarşısında bir sıra mürəkkəb məsələlər qoyur.
Operatorlar, nəqliyyat mühitinin əhəmiyyətli ötürmə imkanlarını tələb edən xidmətlərilə effektiv işləmək üçün, az zaman ərzində magistral şəbəkələrin ötürmə imkanlarını artırmalıdırlar.
Bu cür məsələlərin həlli üçün, 100GE və 40GE interfeysləri dəstəkləyən 1 Tbit/s ümumi ötürmə qabiliyyəti olan interfeys kartları işlənib hazırlanıb. Bundan başqa, "Huawei" bu sahədə ilk NE5000E avadanlığı əsasında yaradılmış, ümumi ötürmə qabiliyyəti 100 Tbit/s olan klaster sistemini də təqdim edir.
Сluster Сentral Сhassis (CCC) yeni klaster inteqrasiyası platformasının istifadəsi hesabına sistem operatorlarının təlblərinə maksimal uyğun gələn fəaliyyət rejimini seçməyə imkan verir. Hazırda "Huawei"nin, "2+ 8 cluster" sxemi üzrə təşkil edimiş sistemi, 100 Tbit/s-də sürətlə maksimal ötürmə imkanını təqdim edir.
Aynur Vəliyeva
Bu qədər sürətlə məlumat otürən şəbəkə kartı olmamışdı
Çinin "Huawei" şirkəti dünyada ilk 1Tbit/s sürətlə məlumat otürən şəbəkə kartını təqdim edib."ICTnews" xəbər xidmətinin www.cybersecurity.ru saytına istinadən verdiyi məlumata əsasən, klaster arxitekturu operator magistral şəbəkələrində istənilən nasazlıqlara dayanıqlı yüksək məsuldarlığa malik olan yönləndirmə sistemlərinin yaradılması üçün geniş istifadə edilir.
İntellektual abunə qurğularının geniş istifadə edilməsi, biznes səviyyəli telekommunikasiya sistemlərinin önəmli dərəcədə mürəkkəbləşməsi və təkmilləşməsi, simsiz genişzolaqlı texnologiyaların inkişafı, yüksək aydınlığa malik olan (HD) videonun və bulud hesablamaları texnologiyalarının məşhurlaşması magistral şəbəkə operatorları qarşısında bir sıra mürəkkəb məsələlər qoyur.
Operatorlar, nəqliyyat mühitinin əhəmiyyətli ötürmə imkanlarını tələb edən xidmətlərilə effektiv işləmək üçün, az zaman ərzində magistral şəbəkələrin ötürmə imkanlarını artırmalıdırlar.
Bu cür məsələlərin həlli üçün, 100GE və 40GE interfeysləri dəstəkləyən 1 Tbit/s ümumi ötürmə qabiliyyəti olan interfeys kartları işlənib hazırlanıb. Bundan başqa, "Huawei" bu sahədə ilk NE5000E avadanlığı əsasında yaradılmış, ümumi ötürmə qabiliyyəti 100 Tbit/s olan klaster sistemini də təqdim edir.
Сluster Сentral Сhassis (CCC) yeni klaster inteqrasiyası platformasının istifadəsi hesabına sistem operatorlarının təlblərinə maksimal uyğun gələn fəaliyyət rejimini seçməyə imkan verir. Hazırda "Huawei"nin, "2+ 8 cluster" sxemi üzrə təşkil edimiş sistemi, 100 Tbit/s-də sürətlə maksimal ötürmə imkanını təqdim edir.
Aynur Vəliyeva
Baxış sayı: 803
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib