Azərbaycan nümayəndə heyəti İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Forumunda iştirak edir
Bu gün Cenevrədə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Forumunun (WSIS Forum 2013) açılış mərasimi olub. Mərasimdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib.Nümayəndə heyətinin tərkibində BMT-nin İnkişaf Proqramının Azərbaycandakı ofisinin nümayəndəsi və Azərbaycanın Cenevrədəki Daimi nümayəndəliyinin əməkdaşı iştirak ediblər. Açılış mərasimində nazir müavini E. Vəlizadə çıxış edərək Azərbaycanda İKT sahəsində dövlət siyasəti, əldə olunmuş nailiyyətlər, həyata keçirilən layihələr barədə məlumat verib. Azərbaycanın bu il ilk peykinin orbitə çıxarıldığını qeyd edən nazir müavini peykdən Azərbaycanla yanaşı, Avropa, Asiya, Yaxın Şərq və Afrika ölkələrinin istifadəçilərinin də faydalana biləcəyini qeyd edib.
E.Vəlizadə Azərbaycanın təşəbbüskarı olduğu Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi haqda da forum iştirakçılarına məlumat verib. Qeyd edək ki, forum çərçivəsində TASİM layihəsinə həsr olunmuş xüsusi seminarın keçirilməsi planlaşdırılır.
Məlumat üçün bildirək ki, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), YUNESKO, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) və BMT-nin İnkişaf Proqramı tərəfindən təşkil olunmuş tədbir İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin (WSIS - World Summit on the Information Society) qərarlarının yerinə yetirilməsi üzrə İKT-cəmiyyətinin ən iri illik forumudur. Burada Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış müəssisələri, hökumətlər, vətəndaş cəmiyyəti və İKT sahəsinin təşkilatları təmsil olunur.
Ənənəvi olaraq hər ilin mayında keçirilən forumun formatı bütün maraqlı tərəflərin informasiya cəmiyyəti ilə bağlı məsələlərin çoxtərəfli müzakirələrdə iştirakını təmin etməyə imkan verir.
Forumda yüksək səviyyəli mütəxəssislərdən ibarət qrupların bir sıra iclasları, tematik seminar-praktikumlar və bilik mübadiləsi, eləcə də WSIS-in qərarlarının yerinə yetirilməsi üçün böyük əhəmiyyətə malik məsələlərin müzakirə ediləcəyi sərgi təşkil olunacaq.
Mayın 17-dək davam edəcək forum WSIS məqsədlərinə nail olmaq üçün qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinin müzakirəsindən başqa, geniş spektrli digər məsələlər üzrə interaktiv müzakirə və informasiya mübadiləsinə kömək edəcək.
Birinci mərhələsi 2003-cü ildə Cenevrədə (10-12 dekabr), ikinci mərhələsi isə 2005-ci ildə Tunisdə (16-18 noyabr) təşkil olunmuş İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti dünya ictimaiyyəti üçün üçüncü minilliyin başlanmasının əsas hadisəsi olan, eləcə də sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçidi ifadə edən əlamətdar hadisə olub.
Baxış sayı: 1188
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanın İKT imkanları müzakirə olunub (Video)
- Türkiyə nümayəndə heyəti Azərbaycana səfərə gəlir
- Nazirin ABŞ-a səfəri uğurlu olub
- Rabitə üzrə VI Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçiriləcək
- Qloballaşma, informasiya cəmiyyəti, sosial şəbəkələr
- Dünya İT mütəxəssisləri Polşada bir araya gələcək
- Nazir Əli Abbasov Fransada səfərdədir
- Nazir Avstriyaya səfər edəcək
- RİTN nümayəndəsi Malayziyada beynəlxalq təlim-seminarda iştirak edir
- Azərbaycan CEPT-in iclasında təmsil olunacaq
- Azərbaycan RRB-nin iclasında təmsil olunacaq
- Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak etmişdir
- Nazir Türkiyədə səfərdədir
- Nazir "CeBİT Bilisim Eurasia" – sərgi-konfransın açılışında iştirak edib
- Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2011 tədbirində iştirak edir