12px13px15px17px
Tarix:15/05/13

“BlackBerry” ucuz smartfon təqdim edib

Kanadanın "BlackBerry" şirkəti yeni "BlackBerry 10" platformasının inkişafı üzərində aparılan işləri davam etdirir. Belə ki, şirkət ötən gün əməliyyat sistemi üçün ilk yeniləmə paketini təqdim edib.

Qeyd edək ki, yeniləmə paketi hələ ki yalnız "Z10" smartfonlarına malik istifadəçilər üçün əlçatandır. Digər istifadəçilər hələ bir müddət gözləməli olacaqlar.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, şirkət, həmçinin populyar "BlackBerry Messenger" məhsulunun yeni versiyasını nümayiş etdirib. O, iyunda istifadəyə veriləcək və sözügedən məhsul ilk dəfə olaraq "Android" və "Apple iOS" əməliyyat sistemlərində (ƏS) işləyəcək.

Analitiklər bildiriblər ki, Kanada şirkətinin bu addımı, sözsüz, müəyyən auditoriya cəlb edəcək. Lakin "BlackBerry" şirkəti bu addımı daha əvvəl atsaydı, o zaman effekt daha güclü olardı. "BlackBerry" şirkətinin məlumatına əsasən, hazırda aylıq 60 milyondan çox "BlackBerry" istifadəçisi "BBM"-dən istifadə edir.

"BlackBerry" şirkəti, həmçinin "BlackBerry 10" platforması ilə işləyən yeni büdcəyə uyğun "Q5" smartfonunu təqdim edib. Sözügedən aparat inkişaf etməkdə olan bazarlar üçün nəzərdə tutulub.

O, 3,1 düymlü ekran, "QWERTY" klaviatura ilə təchiz edilib. Bu aparat yanvarda təqdim edilmiş "Z10" və "Q10"-dan daha ucuz olacaq. Lakin şirkət konkret qiymət bildirməyib.

Emil Hüseynov



Baxış sayı: 782

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024