Tarix:16/05/13
Seminarda rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxış edərək iştirakçıları, eləcə də Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Hamadun Tureni Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi haqqında məlumatlandırıb.
TASİM layihəsi vacib regional təşəbbüsdür və onun məqsədi əsasən Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir.
Layihə Frankfurtdan (Almaniya) Honqkonqa istiqamətlənən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək. BMT Baş Assambleyası layihə üzrə 2 qətnamə qəbul edərək onu dəstəkləyib.
Seminarda çıxış edən H.Ture qeyd edib ki, layihənin həyata keçirilməsi təşəbbüsü bütün regionun inkişafına töhfə verəcək və BTİ-nin baş katibi kimi ona çox xoşdur ki, Azərbaycan hökuməti və şəxsən Prezident İlham Əliyev İKT-nin həm ölkədə, həm də regionda inkişafına mütəmadi olaraq maraq göstərir.
Tədbirdə regionda rəqəmli texnologiyalarda fərqliliyin aradan qaldırılmasının zəruriliyi və Avrasiya ölkələrinin inkişafı üçün vasitə hesab edilən TASİM layihəsinin həyata keçirilməsinin müstəsna əhəmiyyəti bir daha xüsusi olaraq vurğulanıb. Seminar dünyanın təxminən 80 ölkəsindən olan ekspertlərin diqqətini cəlb edib və fəal dialoq şəraitində keçirilməklə dinləyicilərə onları maraqlandıran sualları vermək üçün imkan yaradılıb.
Qeyd edək ki, Cenevrə Forumu çərçivəsində nazir müavini Elmir Vəlizadə həmçinin 2015-ci ildən sonra informasiya cəmiyyətinin gələcək inkişafını müəyyənləşdirməyə yönələn "WSIS+10" plenar iclasında da çıxış edib.
Nazir müavini çıxışında Azərbaycanda 2003-cü ildən başlayaraq İKT sektorunun təşəkkülü, sektorda əldə edilən uğurlar və gələcək perspektivlər, genişzolaqlı infrastrukturun genişləndirilməsi, elektron xidmətlərin geniş tətbiqi barədə söhbət açıb.
Cenevrədə TASİM layihəsi müzakirə olunub
Mayın 15-də Cenevrədə (İsveçrə) İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin (WSIS - World Summit on the Information Society) qərarlarının yerinə yetirilməsi üzrə forum çərçivəsində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə "TASİM/EuraCA: Avrasiya regionunda rabitə bağlantısının yaxşılaşdırılması üçün yeni platformalar" mövzusunda tematik seminar keçirilib.Seminarda rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxış edərək iştirakçıları, eləcə də Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Hamadun Tureni Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi haqqında məlumatlandırıb.
TASİM layihəsi vacib regional təşəbbüsdür və onun məqsədi əsasən Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir.
Layihə Frankfurtdan (Almaniya) Honqkonqa istiqamətlənən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək. BMT Baş Assambleyası layihə üzrə 2 qətnamə qəbul edərək onu dəstəkləyib.
Seminarda çıxış edən H.Ture qeyd edib ki, layihənin həyata keçirilməsi təşəbbüsü bütün regionun inkişafına töhfə verəcək və BTİ-nin baş katibi kimi ona çox xoşdur ki, Azərbaycan hökuməti və şəxsən Prezident İlham Əliyev İKT-nin həm ölkədə, həm də regionda inkişafına mütəmadi olaraq maraq göstərir.
Tədbirdə regionda rəqəmli texnologiyalarda fərqliliyin aradan qaldırılmasının zəruriliyi və Avrasiya ölkələrinin inkişafı üçün vasitə hesab edilən TASİM layihəsinin həyata keçirilməsinin müstəsna əhəmiyyəti bir daha xüsusi olaraq vurğulanıb. Seminar dünyanın təxminən 80 ölkəsindən olan ekspertlərin diqqətini cəlb edib və fəal dialoq şəraitində keçirilməklə dinləyicilərə onları maraqlandıran sualları vermək üçün imkan yaradılıb.
Qeyd edək ki, Cenevrə Forumu çərçivəsində nazir müavini Elmir Vəlizadə həmçinin 2015-ci ildən sonra informasiya cəmiyyətinin gələcək inkişafını müəyyənləşdirməyə yönələn "WSIS+10" plenar iclasında da çıxış edib.
Nazir müavini çıxışında Azərbaycanda 2003-cü ildən başlayaraq İKT sektorunun təşəkkülü, sektorda əldə edilən uğurlar və gələcək perspektivlər, genişzolaqlı infrastrukturun genişləndirilməsi, elektron xidmətlərin geniş tətbiqi barədə söhbət açıb.
Baxış sayı: 1264
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanın İKT imkanları müzakirə olunub (Video)
- Türkiyə nümayəndə heyəti Azərbaycana səfərə gəlir
- Nazirin ABŞ-a səfəri uğurlu olub
- Rabitə üzrə VI Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçiriləcək
- Qloballaşma, informasiya cəmiyyəti, sosial şəbəkələr
- Dünya İT mütəxəssisləri Polşada bir araya gələcək
- Nazir Əli Abbasov Fransada səfərdədir
- Nazir Avstriyaya səfər edəcək
- RİTN nümayəndəsi Malayziyada beynəlxalq təlim-seminarda iştirak edir
- Azərbaycan CEPT-in iclasında təmsil olunacaq
- Azərbaycan RRB-nin iclasında təmsil olunacaq
- Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak etmişdir
- Nazir Türkiyədə səfərdədir
- Nazir "CeBİT Bilisim Eurasia" – sərgi-konfransın açılışında iştirak edib
- Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2011 tədbirində iştirak edir