Tarix:18/05/13
İTİ-nin direktoru Rasim Əliquliyevin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, bu məqsədlə birgə onlayn forumun keçirilməsi nəzərdə tutulub.
"Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar fikirlərini internetdə ifadə etməkdə və bir-birilərini başa düşməkdə problemlər yaşayırlar, baxmayaraq ki, eyni dildə danışırlar. Bunun üçün mətnin Azərbaycan dili qrafikasından digər dillərin qrafikalarına çevrilməsini (transliterasiyasını) həyata keçirən veb-saytın hazırlanması nəzərdə tutulur ki, insanlar bu saytda onlar üçün rahat olan müxtəlif qrafika ilə Azərbaycan dilində öz fikirlərini yazaraq asan ünsiyyət qura bilərlər",- deyə o bildirib.
R. Əliquliyevin sözlərinə əsasən, bununla yanaşı, il ərzində Azərbaycan həqiqətlərini virtual məkanda əks etdirən informasiya resurslarının yaradılması, təbliği və yayılması üzrə tədbirlərin görülməsi planlaşdırılıb. "Biz il ərzində AMEA institut və təşkilatlarının veb-saytlarının monitorinqini apararaq zəif olan resursların müasir standartlara uyğun tərtibatını dəyişəcəyik. Daha bir mühüm addım ölkə alimlərinin virtual məkanda Azərbaycan xalqının milli-mədəni dəyərləri və həqiqətləri haqqında kontentlərin artırılmasına cəlb olunmasıdır", - deyə o qeyd edib.
Aynur Vəliyeva
AMEA dünya azərbaycanlılarının ünsiyyətini asanlaşdırmaq üçün transliterasiya saytını yaradacaq
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu (İTİ) "İKT ili" ilə bağlı Tədbirlər Planı çərçivəsində xaricdə yaşayan azərbaycanlılara informasiya dəstəyi vermək niyyətindədir.İTİ-nin direktoru Rasim Əliquliyevin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, bu məqsədlə birgə onlayn forumun keçirilməsi nəzərdə tutulub.
"Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar fikirlərini internetdə ifadə etməkdə və bir-birilərini başa düşməkdə problemlər yaşayırlar, baxmayaraq ki, eyni dildə danışırlar. Bunun üçün mətnin Azərbaycan dili qrafikasından digər dillərin qrafikalarına çevrilməsini (transliterasiyasını) həyata keçirən veb-saytın hazırlanması nəzərdə tutulur ki, insanlar bu saytda onlar üçün rahat olan müxtəlif qrafika ilə Azərbaycan dilində öz fikirlərini yazaraq asan ünsiyyət qura bilərlər",- deyə o bildirib.
R. Əliquliyevin sözlərinə əsasən, bununla yanaşı, il ərzində Azərbaycan həqiqətlərini virtual məkanda əks etdirən informasiya resurslarının yaradılması, təbliği və yayılması üzrə tədbirlərin görülməsi planlaşdırılıb. "Biz il ərzində AMEA institut və təşkilatlarının veb-saytlarının monitorinqini apararaq zəif olan resursların müasir standartlara uyğun tərtibatını dəyişəcəyik. Daha bir mühüm addım ölkə alimlərinin virtual məkanda Azərbaycan xalqının milli-mədəni dəyərləri və həqiqətləri haqqında kontentlərin artırılmasına cəlb olunmasıdır", - deyə o qeyd edib.
Aynur Vəliyeva
Baxış sayı: 816
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib