Tarix:21/05/13
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Jolla"nın eyniadlı yeni həllinin artıq təqdim edilmiş versiyası "LTE" şəbəkəsini dəstəkləyir, ikinüvəli prosessor və 8 meqapiksellik kamera ilə təchiz edilib. Smartfonun daxili yaddaşı 16 QB təşkil edir, lakin "SD" yaddaş kartları hesabına onu artırmaq olar. Bundan başqa, smartfon çıxarıla bilən rəngli panelləri dəstəkləyir və nəticədə aparatın görünüşünü fərdiləşdirmək olar.
Şirkətin bəyanatına əsasən, yeni smartfon bu ilin dördüncü rübündə satışa çıxarılacaq və qiyməti 400 avro olacaq. Aparatın ilkin sifarişini "Jolla"nın saytından həyata keçirmək mümkündür.
Nüfuzlu "IDC" analitik şirkətinin tədqiqat üzrə direktoru Fransisko Ceronimo deyib ki, smartfon bazarı getdikcə daha genişəhatəli olur və tezliklə "Firefox OS", "Ubuntu" və "Tizen" əsasında həllər təqdim ediləcək, buna görə də "Jolla"nın "sağ qalmaq" şansı azdır və şirkətin investorlarının genişmiqyaslı dəstəyi olmasa, bu zaman satışların həcmini artırmaq üçün hansısa qeyri-standart addım atmaq lazım gələcək.
Emil Hüseynov
"Startup" yaradıcıları smartfon istehsal etdi
"Nokia" şirkətinin sabiq idarəetməsi tərəfindən yaradılmış Finlandiyanın "Jolla" startupı "Sailfish OS" əməliyyat sistemi (ƏS) ilə işləyən və 4,5 düymlü sensor ekrana malik ilk smartfonunu təqdim edib."ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Jolla"nın eyniadlı yeni həllinin artıq təqdim edilmiş versiyası "LTE" şəbəkəsini dəstəkləyir, ikinüvəli prosessor və 8 meqapiksellik kamera ilə təchiz edilib. Smartfonun daxili yaddaşı 16 QB təşkil edir, lakin "SD" yaddaş kartları hesabına onu artırmaq olar. Bundan başqa, smartfon çıxarıla bilən rəngli panelləri dəstəkləyir və nəticədə aparatın görünüşünü fərdiləşdirmək olar.
Şirkətin bəyanatına əsasən, yeni smartfon bu ilin dördüncü rübündə satışa çıxarılacaq və qiyməti 400 avro olacaq. Aparatın ilkin sifarişini "Jolla"nın saytından həyata keçirmək mümkündür.
Nüfuzlu "IDC" analitik şirkətinin tədqiqat üzrə direktoru Fransisko Ceronimo deyib ki, smartfon bazarı getdikcə daha genişəhatəli olur və tezliklə "Firefox OS", "Ubuntu" və "Tizen" əsasında həllər təqdim ediləcək, buna görə də "Jolla"nın "sağ qalmaq" şansı azdır və şirkətin investorlarının genişmiqyaslı dəstəyi olmasa, bu zaman satışların həcmini artırmaq üçün hansısa qeyri-standart addım atmaq lazım gələcək.
Emil Hüseynov
Baxış sayı: 754
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib