Tarix:30/05/13
İordaniya kralı II Abdulla, ABŞ dövlət katibi C.Kerri, Fələstin lideri M.Abbas, həmçinin bir sıra ölkələrin sabiq hökumət başçıları, siyasi xadimlər, iqtisadçı ekspertlər, 1000-ə yaxın iştirakçı, 50-dən çox ölkənin parlament, o cümlədən vətəndaş cəmiyyəti üzvlərinin iştirak etdiyi tədbirdə nazir Əli Abbasov Azərbaycanda respublika prezidenti İlham Əliyevin rəhbərliyi ilə İKT sektorunda həyata keçirilən islahatlar, regionun inkişafında xüsusi çəkisi olacaq TASİM və "Eurasian Connectivity Alliance" (EuraCA) layihələrindən, eyni zamanda vətəndaşların, ümumilikdə istehlakçıların elektron xidmətlərdən istifadəsi istiqamətində ölkəmizdə əldə olunan uğurlu nəticələrdən söz açıb.
Forum çərçivəsində nazir İordaniyanın informasiya və kommunikasiya texnologiyaları, həmçinin ticarət və sənaye naziri Hatem Hafiz Əl-Halavani, "Jumeirah Group", "Invest Suisse" şirkətlərinin, o cümlədən dünyanın nüfuzlu şirkətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər də keçirib.
Görüşlərdə əsasən ölkəmizə, xüsusən də Yüksək Texnologiyalar Parkına investisiyaların cəlb olunması və Azərbaycan şirkətlərinin xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu "Datamatix" şirkətinin və Dubay Ticarət Palatasının inzibati rəhbərliyi ilə keçirilən görüşlərdə cari ilin 2-5 dekabr tarixlərində Bakıda keçiriləcək "Bakutel-2013" sərgisi çərçivəsində "1-ci Azərbaycan-BƏƏ İKT Forumu"nun təşkili, BƏƏ-nin "Bakutel" sərgisində xüsusi pavilyonla təmin olunması, bu ölkə ilə texnopark, İKT Fondu, İT Universiteti, genişzolaqlı internetin inkişafı sahəsində təcrübə mübadiləsi aparılması kimi məsələlər müzakirə olunub.
Nazir Dünya İqtisadi Forumunun Yaxın Şərq və Şimali Afrika üzrə tədbirində iştirak edib
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 25-26 may tarixlərində Dünya İqtisadi Forumunun (DİF) İordaniya Haşimilər Krallığında keçirilən DİF-in Yaxın Şərq və Şimali Afrika üzrə tədbirində iştirak edib.İordaniya kralı II Abdulla, ABŞ dövlət katibi C.Kerri, Fələstin lideri M.Abbas, həmçinin bir sıra ölkələrin sabiq hökumət başçıları, siyasi xadimlər, iqtisadçı ekspertlər, 1000-ə yaxın iştirakçı, 50-dən çox ölkənin parlament, o cümlədən vətəndaş cəmiyyəti üzvlərinin iştirak etdiyi tədbirdə nazir Əli Abbasov Azərbaycanda respublika prezidenti İlham Əliyevin rəhbərliyi ilə İKT sektorunda həyata keçirilən islahatlar, regionun inkişafında xüsusi çəkisi olacaq TASİM və "Eurasian Connectivity Alliance" (EuraCA) layihələrindən, eyni zamanda vətəndaşların, ümumilikdə istehlakçıların elektron xidmətlərdən istifadəsi istiqamətində ölkəmizdə əldə olunan uğurlu nəticələrdən söz açıb.
Forum çərçivəsində nazir İordaniyanın informasiya və kommunikasiya texnologiyaları, həmçinin ticarət və sənaye naziri Hatem Hafiz Əl-Halavani, "Jumeirah Group", "Invest Suisse" şirkətlərinin, o cümlədən dünyanın nüfuzlu şirkətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər də keçirib.
Görüşlərdə əsasən ölkəmizə, xüsusən də Yüksək Texnologiyalar Parkına investisiyaların cəlb olunması və Azərbaycan şirkətlərinin xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu "Datamatix" şirkətinin və Dubay Ticarət Palatasının inzibati rəhbərliyi ilə keçirilən görüşlərdə cari ilin 2-5 dekabr tarixlərində Bakıda keçiriləcək "Bakutel-2013" sərgisi çərçivəsində "1-ci Azərbaycan-BƏƏ İKT Forumu"nun təşkili, BƏƏ-nin "Bakutel" sərgisində xüsusi pavilyonla təmin olunması, bu ölkə ilə texnopark, İKT Fondu, İT Universiteti, genişzolaqlı internetin inkişafı sahəsində təcrübə mübadiləsi aparılması kimi məsələlər müzakirə olunub.
Baxış sayı: 1227
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanın İKT imkanları müzakirə olunub (Video)
- Türkiyə nümayəndə heyəti Azərbaycana səfərə gəlir
- Nazirin ABŞ-a səfəri uğurlu olub
- Rabitə üzrə VI Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçiriləcək
- Qloballaşma, informasiya cəmiyyəti, sosial şəbəkələr
- Dünya İT mütəxəssisləri Polşada bir araya gələcək
- Nazir Əli Abbasov Fransada səfərdədir
- Nazir Avstriyaya səfər edəcək
- RİTN nümayəndəsi Malayziyada beynəlxalq təlim-seminarda iştirak edir
- Azərbaycan CEPT-in iclasında təmsil olunacaq
- Azərbaycan RRB-nin iclasında təmsil olunacaq
- Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak etmişdir
- Nazir Türkiyədə səfərdədir
- Nazir "CeBİT Bilisim Eurasia" – sərgi-konfransın açılışında iştirak edib
- Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2011 tədbirində iştirak edir