Tarix:31/05/13
NFC pul kisəsi istifadəçiləri «Tinkoff Kreditnıye Sistemı» bankının "Mobile MasterCard PayPass" ödəniş kartlarından, Rusiyanın bir neçə regional mərkəzinin nəqliyyat kartları və geolokasiyaya əsaslanan kupon servisindən istifadə edə bilərlər. Hazırda bu servislərdən məhdud sayda istifadəçi yararlana bilər, lakin onların kütləvi şəkildə təqdim edilməsi nəzərdə tutulub.
Bu pul kisəsinin fərqi ondadır ki, onun vasitəsi ilə smartfona ödəniş, nəqliyyat və istənilən digər kartları, hazırda oyunlar və əlavələr yükləndiyi kimi yükləmək olar. Satış nöqtələrində kartdan istifadə etmək üçün telefonu "MasterCard PayPass" texnologiyasını dəstəkləyən kontaktsız yoxlama qurğusuna yaxınlaşdırmaq kifayətdir. NFC pul kisəsi "HTC One", "HTC One SV", "Philips W336" üç model smartfonda tətbiq edilib.
«Yaxın aylar ərzində NFC pul kisəsini dəstəkləyən smartfonlar parkı əhəmiyyətli dərəcədə genişlənəcək: bizim hesablamalarımıza görə, bu ilin sonuna kimi Rusiya bazarında 1 milyondan çox bu cür aparat təqdim ediləcək», - deyə "i-Free" şirkəti tərəfindən layihənin rəhbəri Pavel Sokolov bildirib.
Aynur Vəliyeva
Smartfona quraşdırılmış ilk pul kisəsi
"i-Free" şirkəti, «Tinkoff kredit sistemi» bankı və "MasterCard" smartfona quraşdırılmış NFC pul kisəsi və "Trusted Service Manager" platformasını təqdim edib. "Near Field Communication" texnologiyası ilə təchiz edilmiş pul kisəsi qurğular arasında yaxın məsafədən məlumat mübadiləsinə və məsafədən "Mobile MasterCard PayPass®" kartlarını buraxmaq və yükləmək imkanı verir.NFC pul kisəsi istifadəçiləri «Tinkoff Kreditnıye Sistemı» bankının "Mobile MasterCard PayPass" ödəniş kartlarından, Rusiyanın bir neçə regional mərkəzinin nəqliyyat kartları və geolokasiyaya əsaslanan kupon servisindən istifadə edə bilərlər. Hazırda bu servislərdən məhdud sayda istifadəçi yararlana bilər, lakin onların kütləvi şəkildə təqdim edilməsi nəzərdə tutulub.
Bu pul kisəsinin fərqi ondadır ki, onun vasitəsi ilə smartfona ödəniş, nəqliyyat və istənilən digər kartları, hazırda oyunlar və əlavələr yükləndiyi kimi yükləmək olar. Satış nöqtələrində kartdan istifadə etmək üçün telefonu "MasterCard PayPass" texnologiyasını dəstəkləyən kontaktsız yoxlama qurğusuna yaxınlaşdırmaq kifayətdir. NFC pul kisəsi "HTC One", "HTC One SV", "Philips W336" üç model smartfonda tətbiq edilib.
«Yaxın aylar ərzində NFC pul kisəsini dəstəkləyən smartfonlar parkı əhəmiyyətli dərəcədə genişlənəcək: bizim hesablamalarımıza görə, bu ilin sonuna kimi Rusiya bazarında 1 milyondan çox bu cür aparat təqdim ediləcək», - deyə "i-Free" şirkəti tərəfindən layihənin rəhbəri Pavel Sokolov bildirib.
Aynur Vəliyeva
Baxış sayı: 686
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib