Tarix:31/05/13
İlk olaraq qurğunu ABŞ-da satın almaq mümkün olacaq, lakin sonra cihazın tədarük coğrafiyası genişlənəcək. Yenilənmiş “HTC One” smartfonunun 32 QB yaddaş və "sürətli" LTE şəbəkələrini dəstəkləyən modelinin qiyməti 599 dollardır. "Təmiz" “Android” adı altında tərtibatçının – “Google” şirkətinin təqdim etdiyi əməliyyat sistemi başa düşülür.
Smartfon istehsalçıları adətən aparatlara öz örtüklərini quraşdıraraq cihazın interfeysini dəyişdirirlər. “HTC” şirkəti də aparatlarına “Sense” adlanan örtük quraşdırır. "Təmiz" ƏS ilə işləyən smartfonların əsas üstünlüklərindən biri onlarda yeniləmə prosesinin vaxtında baş verməsidir.
Belə ki, “Google” şirkəti “Android” platformasının yeni versiyasını çıxardıqda sözügedən smartfonlarda yeniləmə prosesi ilk olaraq baş verir.
Xatırladaq ki, “HTC One” aparatı 2013-cü ilin fevralında təqdim edilib. Smartfon dördnüvəli prosessor və 1920x1080 nöqtə təsvir ölçülü 4,7 düymlü ekranla təchiz edilib.
Emil Hüseynov
“HTC One” smartfonu "quqlofon"a çevriləcək
“HTC” şirkəti “HTC One” smartfonunun “təmiz” “Android” (4.2.2 versiyası) əməliyyat sistemi ilə işləyən versiyasını təqdim edəcək. Bu barədə şirkətin rəsmi bloqu məlumat yayıb. “ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, sözügedən aparat iyunun 26-da çıxarılacaq.İlk olaraq qurğunu ABŞ-da satın almaq mümkün olacaq, lakin sonra cihazın tədarük coğrafiyası genişlənəcək. Yenilənmiş “HTC One” smartfonunun 32 QB yaddaş və "sürətli" LTE şəbəkələrini dəstəkləyən modelinin qiyməti 599 dollardır. "Təmiz" “Android” adı altında tərtibatçının – “Google” şirkətinin təqdim etdiyi əməliyyat sistemi başa düşülür.
Smartfon istehsalçıları adətən aparatlara öz örtüklərini quraşdıraraq cihazın interfeysini dəyişdirirlər. “HTC” şirkəti də aparatlarına “Sense” adlanan örtük quraşdırır. "Təmiz" ƏS ilə işləyən smartfonların əsas üstünlüklərindən biri onlarda yeniləmə prosesinin vaxtında baş verməsidir.
Belə ki, “Google” şirkəti “Android” platformasının yeni versiyasını çıxardıqda sözügedən smartfonlarda yeniləmə prosesi ilk olaraq baş verir.
Xatırladaq ki, “HTC One” aparatı 2013-cü ilin fevralında təqdim edilib. Smartfon dördnüvəli prosessor və 1920x1080 nöqtə təsvir ölçülü 4,7 düymlü ekranla təchiz edilib.
Emil Hüseynov
Baxış sayı: 681
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib