12px13px15px17px
Tarix:05/06/13

Xidmətçi-robot sahibinin “kapriz”lərini qabaqcadan hiss edir

Alimlər insanın nə etmək istədiyini hiss edən və məişət işlərində ona kömək etməyi bacaran xidmətçi-robot yaradıblar. Kornel robot-texnika laboratoriyasında hazırlanmış yeni robot insana mükəmməl köməkçi ola bilər.

Ona "soyuducunu aç, mən boşqabı qoyacağam" və ya "şirə süz" kimi sözləri demək lazım gəlmir. Təəccüblüsü budur ki, bacarıqlı robot özü vəziyyəti qiymətləndirir və dərhal onu yerinə yetirməyə tələsir.

"ICTnews.az" elektron xəbər xidməti "ict.az" saytına istinadən bildirir ki, insanın arzusunu işarə etməsinə ehtiyac qalmır, "ağıllı" robot bütün niyyətləri "nəzakətlə" icra edir. Laboratoriya mütəxəssisləri sınaqların gedişatından belə nəticəyə gəliblər ki, robot insan niyyətlərinin 82%-ni 1 saniyə, 71%-ni 3 saniyə və 57%-ni 10 saniyə ərzində proqnoz edir.

Emil Hüseynov



Baxış sayı: 788

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024