12px13px15px17px
Tarix:05/06/13

“Sony” şirkəti ultrabuk təqdim edib

“Sony” şirkəti yeni “Intel Hasswell” mikroprosessorları ilə işləyən “Vaio” noutbuklarının yeni modellərini təqdim edib. Şirkətdən verilmiş məlumata əsasən, yeni “Vaio” modellərində “Truluminous” adlanan rəngin renderinqi texnologiyası, həmçinin “X-Reality” qrafik mühərriki reallaşdırılıb.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, şirkət “Vaio Pro” və “Vaio Duo” modellərini təqdim edib. Yeni “Vaio” noutbukları “USB” portlar vasitəsilə enerji toplaya bilərlər, həm də “AC” adapter “USB” çıxışa malikdir. Bundan başqa, sözügedən cihazlar “NFC”-qurğularla işləyə bilər və “Bluetooth 4.0” texnologiyasını dəstəkləyir.

Yeni “Vaio Pro” ultrabukları 13 və ya 11 düymlük ekranla təchiz edilib. 11 düymlük modelin çəkisi təxminən 1 kq, 13 düymlükdə isə 1,3 kq təşkil edir. Bütün modellər yüksəksürətli “PCIe SSD” dəstəkləyir və 14 saat avtonom iş vaxtına imkan yaradan akkumulyatorlarla tədarük edilir.

Qara və ya boz rəngli modellərin tədarükünə iyunun 9-da başlanılacaq. 11 düymlük modelin qiyməti 1149 dollardan, “Vaio Pro 13”-də isə 1249 dollardan başlanır. “Vaio Duo 13” modelinə gəlincə, onlar 1.4 kiloqram çəkisində ultrabuk-hibrid modeldir. Planşetə oxşar həll üçün ekranı əymək olar. Bu ultrabukların qiyməti 1399 dollardan başlayır.

Emil Hüseynov



Baxış sayı: 950

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024