12px13px15px17px
Tarix:05/06/13

İlk dəfə olaraq, sözün həqiqi mənasında “döyünən” süni ürəklə bağlı klinik sınaqlar aparılacaq

Yaxın günlərdə ilk dəfə olaraq, sözün həqiqi mənasında “döyünən” süni ürəklə bağlı klinik sınaqlar aparılacaq. Testlərin aparılması üçün “Carmat” şirkətinə rəsmi şəkildə icazə verilib.

www.meddaily.ru saytının məlumatına görə, ilk sınaqlar Belçika, Polşa, Səudiyyə Ərəbistanı və Sloveniyada 4 kardioloji mərkəzdə həyata keçiriləcək. Mövcud prototip əsl ürəyin funksiyalarını tamamilə yerinə yetirir.

Quraşdırılmış sensorların sayəsində o, ürək döyüntüsünü və qan axınını tənzimləyir. Süni ürəyin yaradılması üzərində alimlər düz 10 il çalışıblar. Hələ ki, heç bir proqnoz verilmir, belə ki, əvvəllər mütəxəssislər bu kimi implantantların insanlara köçürülməsinə cəhd etmişdilər, lakin bütün cəhdlər nəticəsiz olmuşdur. Hazırda mərkəzlərdə könüllülərin seçimi və tədqiqat qrupunun təlimi prosesi gedir. Bu haqda şirkətin baş direktoru professor Marçello Konviti bildirib.

“Carmat” bu əməliyyatların Fransa da daxil olmaqla, digər ölkələrdə də vüsət alması üçün icazə veriləcəyinə ümid edir. Əməliyyat əsasən xroniki və kəskin ürək çatışmazlığı olan xəstələr üzərində aparılacaq. Süni ürək donor orqanların çatışmazlığı ilə bağlı məsələlərin öhdəsindən gəlməyə kömək edə bilər. Yeni ürək ölçüsünə görə əsl ürəyə uyğundur, onu təkcə fizioloji funksiyalar deyil, struktur baxımından da təkrarlayır.

Hazırda alimlər süni ürəyin effektivliyini və təhlükəsiz olduğunu sübut etməyə çalışırlar.



Baxış sayı: 1632

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024