12px13px15px17px
Tarix:14/06/13

66 klavişli yeni mini-klaviatura

"Rosewill" şirkətinin mütəxəssisləri yaxın vaxtlarda ictimaiyyətə "Rosewill Micro RK9000" adlı mini-klaviaturanın işlək prototipini nümayiş etdiriblər. İlk növbədə qeymerlər (gamer – kompüter oyunçusu) üçün nəzərdə tutulmuş klaviatura yığcam ölçüsü və cəmi 66 klavişə malik olmasıyla fərqlənir.

"ICTnews.az" elektron xəbər xidməti "ict.az" saytına istinadən bildirir ki, yeni klaviaturanın müəllifləri xüsusi rəqəm bloku və funksional klavişləri ləğv ediblər, üzərində ox işarələri olan klavişləri isə əsas blokla birləşdiriblər.

Beləliklə, miniatür "Rosewill Micro RK9000" klaviaturası tamamilə funksionaldır – burada klavişlərin əksəriyyəti bir neçə funksiya yerinə yetirir.

Mütəxəssislər hələ ki, "Rosewill Micro RK9000" klaviaturasının nə zaman və hansı qiymətə satışa çıxarılacağını dəqiqləşdirməyiblər. Lakin bildirilir ki, o, zərif alüminium korpusa, həmçinin kompüterə qoşulmaq üçün USB və PS/2 standart interfeyslərinə malik olacaq.

Emil Hüseynov



Baxış sayı: 753

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024