12px13px15px17px
Tarix:20/06/13

Yaponiyada üzlərin tanınmasını çətinləşdirən xüsusi eynək yaradılıb

Yaponiyanın Milli İnformatika İnstitutunun mütəxəssislərinin yaratdıqları eynək videokamera və xüsusi proqram təminatının köməkliyi ilə üzlərin tanınmasını çətinləşdirir.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, qurğu görünüşünə görə günəş eynəklərini xatırladır, lakin alimlər eynəyin çərçivəsində 11 ədəd infraqırmızı işıq diodu yerləşdiriblər.

Onlar tərəfindən buraxılan işıq insan gözünə görsənmir, lakin videokameralar tərəfindən əldə olunan təsvirləri təhrif etməyə imkan verir.

"Üzlərin tanınması sistemi üçün əsas informasiya göz və burun təsvirləridir və biz onu infraqırmızı şüa vasitəsilə təhrif edə bilərik" – tədqiqat qrupunun nümayəndəsi İsao İtidzen qeyd edib.

Emil Hüseynov



Baxış sayı: 697

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024