Tarix:20/06/13
“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, şirkət “3D” printerləri geniş kütlə və mühəndislər üçün istehsal edir. O, bu yaxınlarda “Thingiverse.com” saytını istifadəyə verib: orada 90 mindən çox “3D” model yerləşdirilib və istənilən şəxs onları yükləyə və "çap edə" bilər.
Mənzil-qərargahı ABŞ və İsraildə yerləşən “Stratasys” şirkəti “3D” printerləri prototip yaratma və istehsal üçün buraxır. Şirkətin əsası 1989-cu ildə qoyulub və 2012-ci ilin aprelində “Object” və digər “3D” printer istehsalçıları ilə birləşib. İki istehsalçının birləşməsi lider şirkətin yaranması ilə nəticələnəcək və “3D” printerlər fərdi kompüter istifadəçiləri üçün adi hala çevriləcək.
Emil Hüseynov
3D çap bazarının lideri hansı şirkətdir?
“3D” printer istehsalı ilə məşğul olan “Stratasys” şirkəti rəqibi – “MakerBot” şirkətini satın alıb. Sazişin qiyməti 403 milyon dollar həcmində qiymətləndirilir. Bildirək ki, “MakerBot” 2009-cu ildə yaradılıb və o vaxtdan etibarən 22 min “3D” printer satıb. Onların 50%-i 2012-ci ilin sentyabrında istehsal edilmiş “Replicator 2” modelinin payına düşüb. 2013-cü ilin birinci rübündə startap 11,5 milyon dollar qazanıb. Ötən il sözügedən şirkətin mənfəəti 15,7 milyon dollar təşkil edib.“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, şirkət “3D” printerləri geniş kütlə və mühəndislər üçün istehsal edir. O, bu yaxınlarda “Thingiverse.com” saytını istifadəyə verib: orada 90 mindən çox “3D” model yerləşdirilib və istənilən şəxs onları yükləyə və "çap edə" bilər.
Mənzil-qərargahı ABŞ və İsraildə yerləşən “Stratasys” şirkəti “3D” printerləri prototip yaratma və istehsal üçün buraxır. Şirkətin əsası 1989-cu ildə qoyulub və 2012-ci ilin aprelində “Object” və digər “3D” printer istehsalçıları ilə birləşib. İki istehsalçının birləşməsi lider şirkətin yaranması ilə nəticələnəcək və “3D” printerlər fərdi kompüter istifadəçiləri üçün adi hala çevriləcək.
Emil Hüseynov
Baxış sayı: 778
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib