Tarix:21/06/13
Bu baxımdan, qarşıdakı illərdə Azərbaycanda nanotexnologiyaların inkişafı əsas istiqamətlərdən biri kimi daim diqqət mərkəzində olacaq. Artıq bu istiqamətdə - neft sektorunda köhnə quyulardan neftin debitinin artırılması üçün nanotexnologiyalardan istifadəyə başlanılıb.
Bu gün nanotexnologiyaların tətbiqi ilə artıq dünya bazarlarında rəqabət yaratmaq imkanına malik olan yeni nanokarbon borular alınıb. Onların əsasında yeni işıq diodları və onların üzərində işıqvericilər yaradılıb.
Qeyd edək ki, nanotexnologiya - atom və molekullarla manipulyasiya edərək yeni keyfiyyətli materialların alınmasını və bu materiallardan istifadə edərək nanoölçülü maşın və mexanizmlərin, robotların, kompüter çiplərinin, elektronika avadanlıqlarının, optik cihazların, sensorların, ətraf mühitin kimyəvi və fiziki təmizləyicilərinin, canlı orqanizmlərə maddələrin, o cümlədən dərman preparatlarının daşınmasını həyata keçirən qurğuların yaradılmasını nəzərdə tutur. Amma nanotexnologiya sadəcə nanoölçülü hissəciklərin, materialların, məhsulların texnologiyası deyil.
Mütəxəssislər bildirirlər ki, bu texnologiya kimya və materiallar, yeyinti və biotexnologiya, elektronika və materiallar sənayesini, elmin və texnikanın bir çox sahələrini əhatə edən son dərəcə incə bir texnologiyadır. İnsan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, orada nanotexnologiyanın nailiyyətlərindən istifadə edilməsin və ya edilməsi nəzərdə tutulmasın. Bu baxımdan, bu sahə üzrə ekspertlər nanotexnologiyanın imkanlarının həddən artıq geniş olduğunu vurğulayırlar.
Hal-hazırda bu texnologiya ilə insan fəaliyyətinin bütün sahələrində, o cümlədən materiallar və emal sənayesində, elektronika və kompüter texnologiyasında, tibb və sağlamlıq, ətraf mühit və enerji sahələrində, biotexnologiya və kənd təsərrüfatı, aeronavtika və kosmosun öyrənilməsi, hərbi və milli təhlükəsizlik, nəqliyyat və qablaşdırma sənayesi, metrologiya və nəzarət xidmətləri sahələrində mühüm nəticələr alınıb. Mütəxəssislərin fikrincə, nanotexnologiyanın nailiyyətləri həm də elmin, təhsilin XXİ əsrdə inkişafına güclü təkan verəcək.
Statistika da gələcək inkişaf perspektivlərinə görə bu sahəyə yatırılan sərmayə və investisiyaların həcminin artdığını təsdiqləyir. Belə ki, əgər nanotexnologiyalar sahəsinə son 5-6 ildə dünya üzrə 100 milyard dollar vəsait ayrılmışdırsa, indi bu rəqəm 800 milyard dollara qalxıb.
Həqiqət İSABALAYEVA
Köhnə quyulardan neftin debitinin artırılması üçün nanotexnologiyalardan istifadəyə başlanılıb
Bio və nanotexnologiyaların inkişafı Azərbaycanda perspektiv sahələrdən sayılır və bu istiqamətdə işlərin aparılmasına başlanılıb. Ümumiyyətlə, yüksək texnologiyaların inkişafı, bu sahənin innovativ iqtisadiyyata təsiri və onun daha da inkişaf etdirilməsi gələcək 8-10 ilin perspektiv inkişaf istiqamətlərinə daxildir.Bu baxımdan, qarşıdakı illərdə Azərbaycanda nanotexnologiyaların inkişafı əsas istiqamətlərdən biri kimi daim diqqət mərkəzində olacaq. Artıq bu istiqamətdə - neft sektorunda köhnə quyulardan neftin debitinin artırılması üçün nanotexnologiyalardan istifadəyə başlanılıb.
Bu gün nanotexnologiyaların tətbiqi ilə artıq dünya bazarlarında rəqabət yaratmaq imkanına malik olan yeni nanokarbon borular alınıb. Onların əsasında yeni işıq diodları və onların üzərində işıqvericilər yaradılıb.
Qeyd edək ki, nanotexnologiya - atom və molekullarla manipulyasiya edərək yeni keyfiyyətli materialların alınmasını və bu materiallardan istifadə edərək nanoölçülü maşın və mexanizmlərin, robotların, kompüter çiplərinin, elektronika avadanlıqlarının, optik cihazların, sensorların, ətraf mühitin kimyəvi və fiziki təmizləyicilərinin, canlı orqanizmlərə maddələrin, o cümlədən dərman preparatlarının daşınmasını həyata keçirən qurğuların yaradılmasını nəzərdə tutur. Amma nanotexnologiya sadəcə nanoölçülü hissəciklərin, materialların, məhsulların texnologiyası deyil.
Mütəxəssislər bildirirlər ki, bu texnologiya kimya və materiallar, yeyinti və biotexnologiya, elektronika və materiallar sənayesini, elmin və texnikanın bir çox sahələrini əhatə edən son dərəcə incə bir texnologiyadır. İnsan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, orada nanotexnologiyanın nailiyyətlərindən istifadə edilməsin və ya edilməsi nəzərdə tutulmasın. Bu baxımdan, bu sahə üzrə ekspertlər nanotexnologiyanın imkanlarının həddən artıq geniş olduğunu vurğulayırlar.
Hal-hazırda bu texnologiya ilə insan fəaliyyətinin bütün sahələrində, o cümlədən materiallar və emal sənayesində, elektronika və kompüter texnologiyasında, tibb və sağlamlıq, ətraf mühit və enerji sahələrində, biotexnologiya və kənd təsərrüfatı, aeronavtika və kosmosun öyrənilməsi, hərbi və milli təhlükəsizlik, nəqliyyat və qablaşdırma sənayesi, metrologiya və nəzarət xidmətləri sahələrində mühüm nəticələr alınıb. Mütəxəssislərin fikrincə, nanotexnologiyanın nailiyyətləri həm də elmin, təhsilin XXİ əsrdə inkişafına güclü təkan verəcək.
Statistika da gələcək inkişaf perspektivlərinə görə bu sahəyə yatırılan sərmayə və investisiyaların həcminin artdığını təsdiqləyir. Belə ki, əgər nanotexnologiyalar sahəsinə son 5-6 ildə dünya üzrə 100 milyard dollar vəsait ayrılmışdırsa, indi bu rəqəm 800 milyard dollara qalxıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 949
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib