12px13px15px17px
Tarix:24/06/13

“iPhone 5S” yüksəksəviyyəli kamera və həcmli batareya ilə təchiz edilib

"Apple" şirkətinin bu ilin payızında bazara təqdim edəcəyi yeni smartfonun arxa qapağının və daxili komponentlərinin şəkli qlobal şəbəkədə təqdim edilib.  
 
"ICTnews" xəbər xidmətinin "MacRumors" texnobloquna istinadən verdiyi məlumata əsasən, "kəşfiyyatçı" çəkilişlər yeni smartfonun digərlərdən fərqini müəyyən etməyə imkan verir.


İlk növbədə şirkət "iPhone 5S"-də ikili və daha iri işıqlı işartısına yer ayırıb. O, şəkillərdə kölgələri və işıq zolağını ləğv etməyə və daha aydın şəkillər çəkməyə imkan verir. İkincisi, yeni "iPhone" daha həcmli akkumulyator sayəsində  uzun müddət işləyəcək. Şəkildə göstərilib ki, smartfonun batareyasının həcmi 5,92 vatt-saatda enerjiyə malikdir, hazırkı "iPhone 5"-in enerji qənaəti 5,45 vatt-saat təşkil edir.

Deyilənə görə, bu il "Apple" iki smartfon buraxmaq niyyətindədir - biri "sadə", digəri isə inkişaf edən ölkələrin bazarını əhatə etməyə kömək edəcək daha ucuz plastik korpuslu. Yeni "iPhone"-da barmaq izlərinin skanerinin və 6 yeni rəngdə olacağı da proqnozlaşdırılır. "Apple" şirkətinin payız təqdimatının tarixi müəyyən edilməyib, lakin onun sentyabr-oktyabr aylarında keçiriləcəyi ehtimal edilir.




Aynur Vəliyeva
 
 



Baxış sayı: 1004

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024