Tarix:02/07/13
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, yeni texnologiyanın işində hər bir yerdə quraşdırılması mümkün olan, ucuz radioötürücülərdən istifadə edilir. Yeni "Wi-Vi" sensorları gələcəkdə smartfonlara və digər portativ qurğulara, polis və yanğın söndürən xidmətlərin avadanlıqlarına quraşdırılacaq.
İnstitutun professoru və yeni texnologiyanın tərtibatçılarından biri Dina Katabi bildirib ki, bu texnologiya ev mühafizə sistemlərinin yaradılmasında istifadə edilə bilər, onun vasitəsilə ev sahibləri evin divarları arxasında kimin gizləndiyini müəyyən edə bilərlər.
Öz fəaliyyətinə görə sistem təyyarələri izləyən, lakin salonda baş verənlər haqda məlumat verməyən aviasiya radarlarını xatırladır. Texniki olaraq sistemin dəqiqliyini artırmaq mümkündür və "Wi-Vi" insan üzünü tanıya bilər, lakin bu halda "Wi-Vi"-ların bazarda satışları məhdudlaşdırılacaq.
Yeni texnologiya "Wi-Fi"-dalğaların maneələr üzərindən ötürülməsi və onların necə əks olunmasını aşkar etmək sayəsində işləyir. Eyni prinsip üzrə radarlar sonralar işləyir. Lakin burada qadağa edilmiş tezlikli güclü antenalar və ağır avadanlıqlar istifadə edilmir. Sistem, divarın arxasında hərəkətləri əks etdirən iki müxtəlif radiosiqnal üzərində qurulub. Sistemin bütün hissələri, bir çox müasir smartfonlarda mövcud olan standart qurğulardı.
Enerji sərfiyyatına görə "Wi-Vi" eynilə "Wi-Fi" texnologiyasına uyğundur, sistem istehlakçılarla yanaşı, hərbi sahədə də istifadə edilə bilər, çünki mobil qurğuları insanlar özləri ilə daşıya bilərlər.
Aynur Vəliyeva
Yeni texnologiya sayəsində hətta divarların arasını görmək mümkün olacaq
Massaçusets İnstitutunun bir qrup tədqiqatçısı, obyektlərin hərəkətini divar arasından izləməyə imkan verən yeni "Wi-Vi" texnologiyası üzərində işləyirlər."ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, yeni texnologiyanın işində hər bir yerdə quraşdırılması mümkün olan, ucuz radioötürücülərdən istifadə edilir. Yeni "Wi-Vi" sensorları gələcəkdə smartfonlara və digər portativ qurğulara, polis və yanğın söndürən xidmətlərin avadanlıqlarına quraşdırılacaq.
İnstitutun professoru və yeni texnologiyanın tərtibatçılarından biri Dina Katabi bildirib ki, bu texnologiya ev mühafizə sistemlərinin yaradılmasında istifadə edilə bilər, onun vasitəsilə ev sahibləri evin divarları arxasında kimin gizləndiyini müəyyən edə bilərlər.
Öz fəaliyyətinə görə sistem təyyarələri izləyən, lakin salonda baş verənlər haqda məlumat verməyən aviasiya radarlarını xatırladır. Texniki olaraq sistemin dəqiqliyini artırmaq mümkündür və "Wi-Vi" insan üzünü tanıya bilər, lakin bu halda "Wi-Vi"-ların bazarda satışları məhdudlaşdırılacaq.
Yeni texnologiya "Wi-Fi"-dalğaların maneələr üzərindən ötürülməsi və onların necə əks olunmasını aşkar etmək sayəsində işləyir. Eyni prinsip üzrə radarlar sonralar işləyir. Lakin burada qadağa edilmiş tezlikli güclü antenalar və ağır avadanlıqlar istifadə edilmir. Sistem, divarın arxasında hərəkətləri əks etdirən iki müxtəlif radiosiqnal üzərində qurulub. Sistemin bütün hissələri, bir çox müasir smartfonlarda mövcud olan standart qurğulardı.
Enerji sərfiyyatına görə "Wi-Vi" eynilə "Wi-Fi" texnologiyasına uyğundur, sistem istehlakçılarla yanaşı, hərbi sahədə də istifadə edilə bilər, çünki mobil qurğuları insanlar özləri ilə daşıya bilərlər.
Aynur Vəliyeva
Baxış sayı: 789
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib