Tarix:04/07/13
“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Microsoft”un yeni texnologiyası “Moodscope” adlandırılıb. Sözügedən texnologiya smartfon üçün yaradılmış tətbiqdən ibarətdir və əhval-ruhiyyəni bir neçə kateqoriya (həyəcan, xoşbəxtlik, gərginlik, sıxıntı, sakitlik, həyəcan, dilxorluq üzrə təsnif edir. Cari əhval-ruhiyyə bir sıra əlamətlərə görə təyin edilir: bu və ya digər tətbiqlərdən istifadə, zənglər, yazışma, brauzerdə baxışların tarixi, məkan və s.
Sözsüz ki, sözügedən texnologiyadan istifadə məxfiliklə bağlı müəyyən problemlər yaradacaq. Bununla belə, “Microsoft” əmindir ki, sistem insanların ünsiyyət saxlamasına və bir-birinə qarşı diqqətli olmasına kömək edəcək. Məyus olmuş istifadəçinin köməyinə dostları gələcək və sairə.
Hazırda “Microsoft” korporasiyasının sensorlarının dəqiqliyi kifayət qədər yüksəkdir. Fərdi sazlamadan sonra istifadəçinin əhval-ruhiyyəsi 95% hallarda düz təyin edilir.
Hazırda tətbiqin prototipi “iOS” və “Android” platformalarında işləyir. Proqram fon rejimində işləyir, lakin az enerji sərf edir.
Emil Hüseynov
Smartfonlar istifadəçinin əhval-ruhiyyəsini təyin edəcək
“Microsoft” korporasiyası smartfonun avtomatik istifadəçinin əhval-ruhiyyəsini müəyyənləşdirməyə və bu informasiyanı sosial şəbəkəyə göndərməyə imkan verən texnologiyanın yaradılması üzərində işləyir.“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Microsoft”un yeni texnologiyası “Moodscope” adlandırılıb. Sözügedən texnologiya smartfon üçün yaradılmış tətbiqdən ibarətdir və əhval-ruhiyyəni bir neçə kateqoriya (həyəcan, xoşbəxtlik, gərginlik, sıxıntı, sakitlik, həyəcan, dilxorluq üzrə təsnif edir. Cari əhval-ruhiyyə bir sıra əlamətlərə görə təyin edilir: bu və ya digər tətbiqlərdən istifadə, zənglər, yazışma, brauzerdə baxışların tarixi, məkan və s.
Sözsüz ki, sözügedən texnologiyadan istifadə məxfiliklə bağlı müəyyən problemlər yaradacaq. Bununla belə, “Microsoft” əmindir ki, sistem insanların ünsiyyət saxlamasına və bir-birinə qarşı diqqətli olmasına kömək edəcək. Məyus olmuş istifadəçinin köməyinə dostları gələcək və sairə.
Hazırda “Microsoft” korporasiyasının sensorlarının dəqiqliyi kifayət qədər yüksəkdir. Fərdi sazlamadan sonra istifadəçinin əhval-ruhiyyəsi 95% hallarda düz təyin edilir.
Hazırda tətbiqin prototipi “iOS” və “Android” platformalarında işləyir. Proqram fon rejimində işləyir, lakin az enerji sərf edir.
Emil Hüseynov
Baxış sayı: 761
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib