12px13px15px17px
Tarix:08/07/13

Günəş batareyaları ilə təchiz edilmiş təyyarə ABŞ üzərindən uçuş həyata keçirib

“Röyters” agentliyinin yaydığı məlumata əsasən, İsveçrə mütəxəssisləri tərəfindən qurulmuş  və günəş batareyaları ilə təchiz edilmiş “Solar Impulse” təyyarəsi iyulun 6-da ABŞ-ın kontinental hissəsi üzərindən uçuşu başa vurub.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, sözügedən təyyarə Con Kennedi adına hava limanında planlaşdırılmış müddətdən üç saat əvvəl yerə enib.

ABŞ-ın kontinental hissəsi üzərindən uçuş mayın 3-də başlanıb. Ümumilikdə təyyarə beş min kilometrdən (km) çox məsafə qət edib. Missiya zamanı ən uzunmüddətli birbaşa uçuş mayın 22-də, təyyarə Feniks və Dallas arasında 1500 km-dən çox məsafə qət etdikdə olub.

“Solar Impulse” qanadlarının kənar nöqtələri arasındakı məsafə 63,4 metr və çəkisi 1588 kiloqram olan planerdir. O, litium akkumulyatorları ilə “qidalanan” ümumi gücü 7 kilovat olan dörd elektrik motoru vasitəsilə hərəkətə gətirilir.

Emil Hüseynov



Baxış sayı: 739

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024