Tarix:08/07/13
Qeyd edək ki, sözügedən aparat ultrabukların əksəriyyətindən daha yığcamdır: onun qalınlığı 16,8 millimetr, çəkisi isə 1,88 kiloqram təşkil edir.
“Windows 8” əməliyyat sistemi (ƏS) ilə işləyən “Razer Blade 14” dördüncü nəsil dördnüvəli “Intel Core i7” (Haswell) prosessoru və "NVIDIA GeForce GTX 765M” qrafikası (2 QB yaddaş) ilə təchiz edilib.
Ultrabuk 1600x900 təsvir ölçülü 14 düymlük ekran, 8 QB “DDR3-1600” tipli yaddaş, SSD yığıcı (128-512 QB) və 70 Vatt/saat tutumunda litium-polimer batareya ilə təchiz edilib. Noutbukun yan hissələrində üç “USB 3.0” portu mövcuddur. Həmçinin “HDMI 1.4a” interfeysi, “Bluetooth 4.0” və “Wi-Fi” (802.11a/b/g/n) modulları, videoçat üçün 1,3 meqapiksellik kamera mövcuddur.
“SD” kartlar üçün slot, həmçinin “Ethernet” portu və optik qurğu mövcud deyil.
“CNET”-in əməkdaşı Skott Şteyn yeniliyin əsas çatışmazlığının onun ekranı ilə bağlı olduğunu deyib. Belə ki, aparatın ekranının təsvir ölçüsü 1600x900 piksel təşkil edir. Bu isə onun qiymətinə (1800 dollar) uyğun gəlmir. Bundan başqa, əsas konfiqurasiyada cəmisi 128 QB həcmində fləş-yaddaş əlçatandır. 15,4 düymlük “MacBook Pro” noutbukunun qiyməti 2200 dollardan yuxarı olsa da, lakin o, “Retina” ekran (2800x1800 nöqtə) və iki dəfə tutumlu yığıcı ilə təchiz edilib. Lakin “Apple”-ın leptopunda qrafika 1 QB təşkil edir. 256 QB həcmində disklə təchiz edilmiş “Razer” noutbukunun qiyməti 2 min dollar, 512 QB-la olan modelin qiyməti isə 2300 dollar təşkil edəcək.
“Razer Blade 14” noutbuku oyunlar üçün nəzərdə tutulub və işinin öhdəsindən çox yaxşı gəlir. Şteyndə “Bioshock Infinite” oyununda yüksək sazlamalar zamanı saniyədə 36, orta sazlamalarda isə 62 kadr göstərilib. Onun keçirdiyi sınaqlarda noutbuk 7 saat 46 dəqiqə müddətində avtonom işləyib.
Üstünlükləri:
Emil Hüseynov
“Razer Blade 14”: bahalı, çox güclü oyun noutbuku
Klaviatura, “maus” və başqa periferiya qurğuları istehsal edən “Razer” şirkəti bu yaxınlarda öz noutbukunu istehsal edib. Sözügedən istehsalçı iyunun əvvəlində “Computex 2013” sərgisində qeymerləri güclü 14 düymlük noutbukla sevindirib və bu günlərdə o, satışa çıxarılıb.Qeyd edək ki, sözügedən aparat ultrabukların əksəriyyətindən daha yığcamdır: onun qalınlığı 16,8 millimetr, çəkisi isə 1,88 kiloqram təşkil edir.
“Windows 8” əməliyyat sistemi (ƏS) ilə işləyən “Razer Blade 14” dördüncü nəsil dördnüvəli “Intel Core i7” (Haswell) prosessoru və "NVIDIA GeForce GTX 765M” qrafikası (2 QB yaddaş) ilə təchiz edilib.
Ultrabuk 1600x900 təsvir ölçülü 14 düymlük ekran, 8 QB “DDR3-1600” tipli yaddaş, SSD yığıcı (128-512 QB) və 70 Vatt/saat tutumunda litium-polimer batareya ilə təchiz edilib. Noutbukun yan hissələrində üç “USB 3.0” portu mövcuddur. Həmçinin “HDMI 1.4a” interfeysi, “Bluetooth 4.0” və “Wi-Fi” (802.11a/b/g/n) modulları, videoçat üçün 1,3 meqapiksellik kamera mövcuddur.
“SD” kartlar üçün slot, həmçinin “Ethernet” portu və optik qurğu mövcud deyil.
“CNET”-in əməkdaşı Skott Şteyn yeniliyin əsas çatışmazlığının onun ekranı ilə bağlı olduğunu deyib. Belə ki, aparatın ekranının təsvir ölçüsü 1600x900 piksel təşkil edir. Bu isə onun qiymətinə (1800 dollar) uyğun gəlmir. Bundan başqa, əsas konfiqurasiyada cəmisi 128 QB həcmində fləş-yaddaş əlçatandır. 15,4 düymlük “MacBook Pro” noutbukunun qiyməti 2200 dollardan yuxarı olsa da, lakin o, “Retina” ekran (2800x1800 nöqtə) və iki dəfə tutumlu yığıcı ilə təchiz edilib. Lakin “Apple”-ın leptopunda qrafika 1 QB təşkil edir. 256 QB həcmində disklə təchiz edilmiş “Razer” noutbukunun qiyməti 2 min dollar, 512 QB-la olan modelin qiyməti isə 2300 dollar təşkil edəcək.
“Razer Blade 14” noutbuku oyunlar üçün nəzərdə tutulub və işinin öhdəsindən çox yaxşı gəlir. Şteyndə “Bioshock Infinite” oyununda yüksək sazlamalar zamanı saniyədə 36, orta sazlamalarda isə 62 kadr göstərilib. Onun keçirdiyi sınaqlarda noutbuk 7 saat 46 dəqiqə müddətində avtonom işləyib.
Üstünlükləri:
- Güclü aparat içliyi
- Uzunmüddətli avtonom iş rejimi
- Nəfis dizayn
- SSD yığıcının həcminin az olması
- Güclü isinə bilər
- Ethernet portun olmaması
- Ekranın təsvir ölçüsünün az olması
Emil Hüseynov
Baxış sayı: 932
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib