12px13px15px17px
Tarix:11/07/13

Çində 100 meqapiksellik fotokamera yaradılıb

Çin Xalq Respublikasının Elmlər Akademiyasından verilən məlumata əsasən, Çin alimləri 100 meqapiksellik təsvir ölçülü fotokamera hazırlayıblar.

"ICTnews.az" elektron xəbər xidməti "1news.az" saytına istinadən bildirir ki, "IOE3-Kanban" adlanan kamera Optika və Elektronika İnstitutunun əməkdaşları tərəfindən yaradılıb.
Yüksək təsvir ölçüsünə baxmayaraq, kamera kiçik və yüngüldür. Yeni kamera ilkin sınaqlar zamanı özünü yaxşı tərəfdən göstərib.

"Kamera xəritəçəkmə, şəhər planlaşdırılması, qəzaların monitorinqi və intellektual nəqliyyat sistemlərinin hazırlanması kimi yüksək təsvir ölçüsünə malik fotoşəkillərin yaradılmasında istifadə edilə bilər" –  ÇXR Elmlər Akademiyasından bildirilib.

Mütəxəssislərin məlumatına əsasən, aparat 10240x10240 piksel təsvir ölçüsündə fotoşəkillər çəkə bilər.

Emil Hüseynov



Baxış sayı: 716

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024