Tarix:23/07/13
Yeni elektrobıçağın köməyi ilə əməliyyat zamanı bədxassəli şişlə sağlam toxumanı 3 saniyə ərzində fərqləndirmək mümkündür.
Bədxassəli şiş diaqnozu qoyulmuş xəstəni əməliyyat edərkən cərrahın qarşısında mürəkkəb bir məsələ durur: bir tərəfdən o, sağlam toxumaları zədələməməli, digər tərəfdən isə şişi bütünlüklə kəsib götürməlidir.
Əks halda, o, yenidən yarana bilər. Əslində peşəkar cərrah əməliyyat zamanı sağlam hüceyrələri xəstə hüceyrələrdən ayırd etməyi bacarmalıdır. Lakin buna heç də həmişə nail olmaq mümkün olmur.
Londonun (Böyük Britaniya) İmperial kollecinin tədqiqatçıları Debresen Universitetindən (Macarıstan) olan həmkarları ilə birgə əməliyyat zamanı bədxassəli hüceyrələri ayırd edə bilən cərrah bıçağı icad ediblər.
İstənilən hüceyrə ətraf mühitdən membran lipidi ilə ayrılır. Onun tərkibi dəyişə bildiyi üçün son zamanlar həkimlər lipidlərin əlaqəsinə görə hüceyrənin hansı toxumaya aid olduğunu müəyyən etməyi öyrəniblər. Membran lipidləri arasında əlaqə şiş hüceyrələrində də var. Lakin indiyədək membran lipidlərinə görə sağlam hüceyrəni xəstə hüceyrədən ayırd etmək üçün bu hüceyrələri ayırmaq, lipidlərdən təmizləmək və mass-spektrometrin köməyilə analiz etmək lazım gəlirdi.
Macar kimyaçısı Zoltan Takaçu bu lipid analizini birbaşa əməliyyat masasında qan damarlarını yandıran elektrocərrah bıçağının köməyilə aparmaq fikrini irəli sürüb. Bu üsul tətbiq edilərkən yetərli qədər ionlaşdırılmış molekul yaranır ki, onların köməyilə hüceyrənin lipid portretini müəyyən etmək mümkündür. Dağlama zamanı yaranan buxar və tüstünü mass-spektrometrə istiqamətləndirmək olar ki, bu alət vasitəsilə elektrobıçağa düşən hüceyrələrin bəd və ya xoşxassəli olduğunu bilmək mümkün olacaq.
Yeni aləti sınaqdan keçirmək üçün 300 pasiyent üzərində aparılmış əməliyyat zamanı 3 minə yaxın toxuma nümunəsi götürülmüşdür. “Science Translational Medicine” tədqiqatçılarının yazdığına görə, “ağıllı bıçaq” (iKnife - Intelligent Knife) müxtəlif orqanlarda sağlam toxumaları şişdən ayıra bilmişdir. Bundan əlavə, alət hətta metastaz nəticəsində yaranmış ikinci şişi də “tanıya” bilmişdir.
“ICTnews.az” elektron xəbər xidməti “ict.az” saytına istinadən bildirir ki, “ağıllı bıçaq” vasitəsilə 81 əməliyyat aparılıb. Bütün əməliyyatlarda alət xərçəngi sağlam toxumadan ayırıb. Nəticə 1-3 saniyədən sonra əldə olunmuşdur ki, bu da ənənəvi metodlarla edilən analizdən daha əlverişlidir.
Çox güman ki, yaxın vaxtlarda “iKnife” onkoloji əməliyyatlarda adi alətlərdən olacaq. Lakin əvvəlcə tədqiqatçılar onun şişi həqiqətən də dəqiq təmizlədiyinə əmin olmalıdırlar ki, bunun üçün də “ağıllı bıçaq”la əməliyyat olunmuş pasiyentləri müəyyən müddət ərzində nəzarətdə saxlamaq lazımdır.
Emil Hüseynov
Xərçəng hüceyrələrini ayırd edən “ağıllı bıçaq” yaradılıb

Baxış sayı: 769
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib